Daban çatlaması

Bəzən illərlə sağalmayan daban çatlamaları dəridə karotinin və mineralların çatışmazlığı nəticəsində əmələ gəlir. Zaman keçdikcə dəriyə elastiklik verən liflər parçalanır, həmçinin onun möhkəmliyini təmin edən kollagen liflərin dağılması baş verir, nəticədə dərinin tamlığı pozulur, çatlayır və müalicəyə çox çətin tabe olur.

Daban çatlarının qarşısını almaq üçün sadə, təbii bir üsulu nəzərinizə çatdırıram. Çatın böyük və kiçikliyindən asılı olaraq müəyyən miqdar keçi piyi ocaqda azca əridilir, sonra həmin miqdar qarazirə yağı əlavə olunub oddan götürülür, bir-birinə yaxşı-yaxşı qarışdırıb dabanlar gündə bir dəfə həmin qarışımla masaj olunur.

Başqa bir resept: 3 xörək qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır, soyudulur, süzülür, soyuducuya qoyulur. Pambıqla çatlara gündə 2 dəfə vurulur.
Davamı →

Dabanlara qulluq

Ayağınızın sığışacağı ölçüdə ləyən götürün və içərisinə 1,5 litr isti su tökün. Su çox isti olsun, amma ayağınızı yandıracaq kimi olması lazım deyil. Suya 4 xörək qaşığı perekis əlavə edib ayaqlarınızı vanna edin.

Bir-neçə dəqiqədən sonra ayaqlarınızın və dabanlarınızın yumuşaldığının şahidi olacaqsınız. Hətta ayaqlarınız elə şəklə düşəcək ki, elə bil uzun müddət saunadasınız.

Əgər dabanlarınız çox yumşalmayıbsa o zaman ayaqlarınızı suyun içərisində bir az da saxlayın. Ayaqlarınızı sudan çıxardığınız zaman dərinizin körpə uşaq dərisi kimi tər-təmiz olduğunun şahidi olacaqsınız.
Davamı →

Ayaqlara qulluğun vacib qaydaları

Ayaqları sağlam saxlamaq, əzələləri rahatlaşdırmaq və gərginliyi azaltmaq üçün nəmləndirici kremlərdən istifadə kifayət etmir. Mütəxəssislər ayaqlarda gərginliyi azaltmaq üçün gündə ən az bir neçə dəqiqə ayaqyalın gəzməyi məsləhət görür.

1. Möhkəmləndirmə məşqləri
Əzələlər zamanla sıxlaşır, nəticədə ağrı və digər problemlərə səbəb ola bilir. Ağrıları məşqlərlə aradan qaldırmaq olar.
Ayaq barmaqlarınızı hərəkət etdirin, bir neçə dəfə büküb açın.
Ayaq barlaqlarınızla qələm qaldırın.
Ayaqlarınızın altına dəsmal sərin və onu irəli-geri hərəkət etdirin.
Ayağınızın altına tikanlı və ya tennis topu qoyaraq onu yuvarlayın.
Davamı →

Ayaq üçün banan pilinqi

Banan həm yemək üçün, həm də dəriyə qulluq üçün mükəmməl meyvədir. Bu dəfə sizə bananın ayaqlarımıza olan faydasından bəhs etmişik.

Banan qabığı amin turşuları və dərini nəmləndirən A, B, C və E kimi qidalandırıcı vitaminlərlə zəngindir. Bu səbəblə də, istifadə etdiyiniz bananın qabağını zibil qutusuna atmayın, onu gözəlliyiniz üçün istifadə edə bilərsiniz.

Belə ki, banan qabığının içindəki lifləri çıxarıb ayaqlarınızın quru hissələrinə sürtün və bir az gözləyin. Sonra ayaqlarınız su ilə yuyub bananın yapışqan maddələrindən xilas olun.

Bunu həftədə 2-3 dəfə tətbiq etsəniz ayaqlarınızdakı quruluğun necə azaldığını hiss edəcəksiniz.
Davamı →

Ayaq qoxusunun qarşısını alan təbii vasitə

Səndəllərin içində ayaqlarınızın yumşaq və qüsursuz görünməsini istəyirsinizsə, üzünüzə etdiyiniz kimi, pilinq vasitəsilə ayaq dərisini də ölü hüceyrələrdən təmizləyə bilərsiniz. Pilinqin tərkibindəki nanə ayaqlardan həm tər qoxusunun qarşısını alacaq, həm də rahatladacaq.

Ərzaqlar:
Yarım stəkan dəniz duzu
4 xörək qaşığı zeytun, ya da kokos yağı
Bir neçə damcı nanə esansı
1 yemək qaşığı nanə çayı ya da nanə yarpağı

Hazırlanması:
Bütün bunları bir qabın içində yaxşı qarışdırın. Daha sonra əldə edilən məhlulu ayaqlarına çəkin. İstifadə etmədiyinizi isə soyuducuda saxlaya bilərsiniz.
Davamı →

Ayaqlarda qabarlar

Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da, insana ciddi fiziki və mənəvi diskomfort verir. Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu, faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır. Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərləməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündür daban ayaqqabıların müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.
Davamı →

Dabanlara qulluq

Xanımlar saatlarla üzlərinə, dırnaqlarına, saçlarına qulluq etdiklərinə baxmayaraq, dabanlara qulluq üçün bəzən həftədə iki saat belə ayıra bilmirlər. Daban qulluğu üçün bəzi məsləhətləri təqdim edirik.

Dabanda sərtləşmiş dəri qatını götürmək və bir daha onun yaranmaması üçün daban daşından, müxtəlif fırçalardan, krem – pilinqlərdən istifadə edin. Dəri qatının alınmasını asandlaşdırmaq üçün ilk öncə ayağınızı isti suda bir müddət saxlayın ki, dəriniz yumuşalsın. Suya müxtəlif otlardan və efir yağlarından qatmaq olar. Dəriniz yumuşaldıqdan sonra daban daşından və ya sair vasitələrdən istifadə etmək olar.
Davamı →

Cazibədar ayaqların sirri

Cazibədar və baxımlı qadını təkcə əllərindən deyil, ayaqlarından da tanımaq olur. Baxımlı qadınların ayaqları gözəl, hamar, yumşaq, tərtəmiz olur. Bəs ayaqların hər zaman qüsursuz görünməsi üçün nələr etmək lazımdır?

Səliqəli saçlar, qaralmış dəri tamamilə mükəmməl görünmək üçün yetərli deyil. Baxımlı qadınlar ayaq, diz, dirsək və topuqlara da xüsusi qulluq göstərirlər. Diz və dirsəklər sürtünməyə ən çox məruz qalan bölgələrdir. Buna görə də tez bir zamanda sərtləşir, quruyur və sonda qaralır. Bu görüntünü 3 addımla yox etmək olar.

Ovun — Dirsək ya da ayaq topuqlarınızı ovcunuza aldığınız bir miqdar təmizləyici məhsulu ilə təmizləyin. Həmin hissəni yumşaq süngər, ya da bez yardımı ilə dairəvi hərəkətlərlə yavaşca ovalayın. Beləcə o hissədə yığılan ölü heceyrələrdən təmizləmiş olacaq, daha parlaq və daha yumşaq bir görüntü əldə edəcəksiniz.
Ardı →