Ayaqdakı göbələk xəstəliyinin bitkilərlə müalicəsi

Çay ağacı yağı
Hər iki ayağınızı topuğa qədər tuta biləcək suya, 40 damcı çay ağacı yağı əlavə edin. Ayaqlarınızı suda 10 dəqiqə saxlayın. Sonra ayaqlarınızı sudan çıxarıb, dəsmalla qurulayın və barmaqlarınızın arasına saç feni ilə isti hava vurun.

Vannadan əvvəl dırnaqlar dibindən kəsilməlidir. Ayaq və barmaqların arasını qurudan zaman diqqətli olmaq lazımdır. Az miqdar nəm yenidən göbələklərin artmasına səbəb olacaq. Fenlə barmaqlarınızın arasını tam qurutduqdan sonra çay ağacı yağı ilə göbələk olan hissələri silin.

Davamı →

Ayaq xəstəlikləri

Döyənək: Əgər ayaqlarınızda döyənək (mazol) varsa sintetik sirkə (uksus) ilə unu qarışdırıb xəmir formasına salıb döyənəyin üstünə qoyun, 2-3 dəfədən sonra döyənək düşəcəkdir.

Daban mahmızı: Bu zaman ağrıdan ayaqları aşağı basmaq olmur. Təzə gicitkəni əzib mahmızın üzərinə qoyun, bir müddət bunu mahmız sağalana qədər edin.

Göbələk: Ayaq barmaqlarınızda göbələk varsa, təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlarınızı silin, sonra ayaqlarınızı yumayın. Ayaqlarınız tam sağalsa da buna davam edin, çünki göbələk sporları gec məhv olur.
Davamı →

Ayaqlarda göbələk

Bu problemlə bir çox insanlar üzləşir. Pəncələrdə, barmaqlar arasında, bədənin digər yerlərində dəri qızarır, iltihablaşır, soyulur, güclü qaşınır. Tibbdə buna mikoz deyilir.

Mikoz daha təz-tez hallarda ayaqları zədələyir. Lakin mikoz insanın bədəninin digər hissələrində də (ovuclarda, əl barmaqları arasında, sinədə, beldə, budlarda, cinsiyyət orqanları nahiyəsində) inkişaf edə bilər. Buna niyə məhz «göbələk» deyilir? Bu iltihabı həqiqətən də mikroskopik göbələk törədir.

Adətən bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar. Bu səbəbdən xəstəliyin profilaktikası üçün belə yerlərdə ayaqyalın gəzməyin, özünüzlə şap-şap götürün. Bu infeksiyaya yoluxmaq çox asandır, lakin onu müalicə etmək üçün bəzən çox vaxt tələb olunur.

Digər insanın ayaqqabısını, paltarlarını geyindikdə, digər insanın dəsmalından istifadə etdikdə də insan göbələyə yoluxa bilər.

Dar, müxtəlif dərini əvəz edən ucuz materiallardan hazırlanan ayyaqqabı geyinən insanlar bu xəstəliyə daha tez-tez tutulur. Belə ayaqqabıda ayaqlar daha güclü tərləyir ki, bu da nəticədə göbələyin çoxalması üçün çox yaxşı şərait yaradır. Beləliklə, ayaqlarda göbələyin profilaktikasının əsas şərtlərdən biri — keyfiyyətli və rahat ayaqqabıların geyinilməsidir.

İmmun sistemi zəif olan və ya hər hansı xroniki xəstəliyi olan (məsələn, şəkərli diabet) insanlar mikozun inkişafına daha çox meyilli olurlar.
Ardı →