Ayaqlarda qabarlar

Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da, insana ciddi fiziki və mənəvi diskomfort verir. Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu, faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır. Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərləməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündür daban ayaqqabıların müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.
Davamı →