Qadınları seksual göstərən ayaqqabılar necə yaranıb?

Düşməni deyə bilmərəm, amma qadınlar tanıdığı, yaxud tanımadığı həmcinsi ilə qarşılaşanda ilk olaraq onun ayaqqabılarını nəzərdən keçirir. Çünki xanımlar belə hesab edirlər ki, geyimdə əsas sözü məhz zövqlə seçilmiş ayaqqabı deyir. Qalan əşyalar isə onun köməkçiləridir. Qüsursuz və zərif ayaqqabılar xanımların ən həssas nöqtələridir… Xüsusən də hündür daban ayaqqabılardan nə qədər çox alsalar da, “doya” bilmirlər, geyinməsələr də, zövq almaq xətrinə onlara böyük bir sərvət xərcləyirlər.

Davamı →

Stiletto

Əslində stiletto yüksək və incə dabanlı ayaqqabıların orjinal adından başqa bir şey ifadə etmir. Stilettonun orjinal adı ilə moda gündəmini zəbt etməsi 1950-ci illərdə zəyifliyin, incəliyin moda dünyasında xüsusi yer tutması ilə baş verdi. İlk stilettonun yaranmasında iki ad önə çıxır – markaya adını verən Roger Viver və Marilyn Monroe, Gloria Swanson və Bette Davis kimi müştərilərə sahib italıyalı ayaqqabı dizayneri Salvatore Ferragamo.

Viver üçün ayaqqabının silueti çox vacib amil idi. Ayaqqabıda ayağa tam oturan xəfif qövs və incə daban seksi görüntü və xüsusi dizaynla yanaşı, incə zövqü də ifadə edirdi.
Davamı →

Dəbdən düşməyən klassik – Espadril

Gündəlik həyatımızın rahat keçməsinə səbəb olan espadrillər yüz illər boyu dəb aləmində öz yerini qoruyub saxlayır. Əvvala dabanlarının həsir ipdən hazırlanması, təbii görüntüsü, bütün geyimlərlə rahatlıqla dəstləşdirə bilmək kimi xüsusiyyətlər espadrili dəb aləminin klassikləri arasında özünəməxsus yer tutmasına səbəb olan amillərdir. Yaz-Yay fəsillərinin “ən”ləri arasında olan bu ayaqqabıların tarixçəsini sizlər üçün araşdırdıq.

Davamı →

Ayaqqabıda Payız-Qış dəbi


Ayaqqabı markaları payız kolleksiyalarında kişi stilinə də yer veriblər. Kişi stilini xatırladan çəkmələr bu payız və qış mövsümündə çox dəbdədir. 

Bu payız ayaqqabıların rahatlığı da çox vacibdir.  Havaların tez-tez dəyişməsi kişi stilini xatırladan çəkmələrdən almağa vadar edir. Onlar həm günəşli, həm də yağışlı havada geyinmək üçün çox idealdır.


Ardı →