Dar ayaqqabıları genişləndirməyin yolları

Evdə geyinin
Ayaqqabınızı evdə olarkən qalın bir corabla geyinin. Bu şəkildə evdə gəzərkən ayaqqabılarınız genişlənəcək. Eyni üsulu yeni aldığınız ayaqqabılarınızı açmaq üçün də istifadə edə bilərsiniz.

Ayaqqabılarınızı dondurun
Ağzı bağlanan bir paket alın və yarısına qədər su ilə doldurun. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabınızın içinə bu paketləri yerləşdirin, ayaqqabınız ayağınıza hansı tərəfdən dar gəlirsə oraya yerləşdirmənizə xüsusi diqqət edin, daha sonra ayaqqabılarınızı içindəki paketlərlə buzluğa qoyun. Suyun buzlaşmasını gözləyin. Ayaqqabının içindəki su, buzlaşarkən genişlənəcək və beləcə ayaqqabınız da genişlənəcək. Daha sonra ayaqqabıları buzluqdan çıxardın və evin içində bir az geyinin. Amma ayaqqabıları geyinməzdən öncə ayağınıza corab geyinin çünki ayaqqabılar buzluqdan çıxdıqları üçün soyuq ola bilərlər.
Davamı →

Qadınlarda ayaq ölçüləri niyə tez-tez dəyişir?

  • Qadın
Sümüklərin zahiri forması irsi xüsusiyyətdən asılı olduğu qədər, əzələ fəaliyyətindən də asılıdır. Əzələlərin dartma qüvvəsi nəticəsində sümüklərin üzərində əzələ bağlanan yerdə hündürlüklər (çıxıntılar, qabarlar, çuxurlar və s.) əmələ gəlir. Bu da onu deməyə əsas verir ki, əzələ nə qədər çox inkişaf edərsə, sümük hündürlükləri də bir o qədər çox inkişaf edər.

Ümumilikdə insan orqanizmində sümüklərin inkişafı, boy artımı 25 yaşdan sonra yavaş-yavaş azalmağa başlayır. Lakin xüsusilə ayaq sümüklərinin inkişafı orta hesabla 15 yaşına qədər artıq tamamlanmış olur. Kişilərdə bu sabit qalsa da, qadınlarda tam əksinə dəyişir. Bəs bunun səbəbi nədir?
Davamı →

Ayaqqabınız ayağınızı vurursa

Çox sevərək aldığımız ayaqqabılar bəzən günümüzü kabusa çevirə bilir. Gün boyu iş yorğunluğa, uzun yürüyüşlər ayaqların su toplamasına gətirib çıxarır.
Ayaqqabı vurması nəticəsində ayaqda meydana gələn problemlərdən qurtulmağın bir çox yolları var.

Alma sirkəsi — Alma sirkəsinə bir möcüzə desək yalan olmaz. Bir çox şeyə çarə olduğu kimi ayaqqabı vurması nəticəsində ayaqda meydana gələn problemlərə də birbaşa çarədir. Su toplayan yeri alma sirkəsi batırılmış pambıqla silin. Bu vasitə yaranın sürətli yaxşılaşmasını təmin edəcək. Xüsusilə su qabarcığı partladıqdan sonra infeksiyanın qarşısını alır.
Davamı →

Stiletto

Əslində stiletto yüksək və incə dabanlı ayaqqabıların orjinal adından başqa bir şey ifadə etmir. Stilettonun orjinal adı ilə moda gündəmini zəbt etməsi 1950-ci illərdə zəyifliyin, incəliyin moda dünyasında xüsusi yer tutması ilə baş verdi. İlk stilettonun yaranmasında iki ad önə çıxır – markaya adını verən Roger Viver və Marilyn Monroe, Gloria Swanson və Bette Davis kimi müştərilərə sahib italıyalı ayaqqabı dizayneri Salvatore Ferragamo.

Viver üçün ayaqqabının silueti çox vacib amil idi. Ayaqqabıda ayağa tam oturan xəfif qövs və incə daban seksi görüntü və xüsusi dizaynla yanaşı, incə zövqü də ifadə edirdi.
Davamı →

Dəbdən düşməyən klassik – Espadril

Gündəlik həyatımızın rahat keçməsinə səbəb olan espadrillər yüz illər boyu dəb aləmində öz yerini qoruyub saxlayır. Əvvala dabanlarının həsir ipdən hazırlanması, təbii görüntüsü, bütün geyimlərlə rahatlıqla dəstləşdirə bilmək kimi xüsusiyyətlər espadrili dəb aləminin klassikləri arasında özünəməxsus yer tutmasına səbəb olan amillərdir. Yaz-Yay fəsillərinin “ən”ləri arasında olan bu ayaqqabıların tarixçəsini sizlər üçün araşdırdıq.

Davamı →

Salvatore Ferraqamo

Statistikaya inansaq, qadını cazibədar göstərən ən önəmli aksessuar dikdaban ayaqqabılardır. Lakin çoxları dikdaban ayaqqabıları bizə sevdirən ixtiraçının kim olduğundan xəbərsizdir. Bunu bilmək üçün xəritədə çəkməyə bənzəyən ölkəni axtarın. Xəritəyə diqqət etsəniz, İtaliyanın çəkməyə oxşadığını görəcəksiz.

Taleyin qəribə oyunudur ki, xəritədə çəkməyə bənzəyən İtaliya dünyanın ən məşhur ayaqqabı ustalarını yetişdirir. Dünyanın bütün qadınları onları möhtəşəm göstərən ayaqqabılara görə italyan ayaqqabı ustası, rəssam və yenilikçi Salvatore Ferraqamoya borcludur.

«Salvatore Ferragamo” ayaqqabı brendi artıq 75 ildən çoxdur ki, italyan dəbdəbəsinin sinonimi hesab edilir. Hollivud ulduzları arasında qazandığı populyarlığa görə, o, „Çəkməçi kralı“ və ya „Ulduz çәkmәçi” ləqəbini alıb. Salvatore Ferraqamo xatirələrində yazır ki, əllə tikilmiş ayaqqabıdan mükəmməl heç nə ola bilməz.
Davamı →

Hündürdaban ayaqqabı alarkən nələrə diqqət etməli?

Qalın dabanlar
Dikdaban ayaqqabıların ən sevdiyimiz cəhəti incə və cəlbedici dabanlarıdır. Amma bütün günü ayaqda keçirəcəksinizsə, sizə məsləhətimiz odur ki, qalın dabanlı ayaqqabılara üstünlük verəsiniz. Qalın dabanlar tarazlığı da qoruyaraq, yeriməyi asanlaşdıracaqdır. Bütün yükü ayağınızın ön hissəsinə vermədiyiniz üçün daha uzun müddət ağrısız gəzə biləcəksiniz.

Keyfiyyətli ayaqqabılar alın
Ucuz dikdabanlar keyfiyyətsiz materiallardan hazırlandığı üçün ayaqlarınızı zədələyə bilər. Buna görə də hələ bir neçə saat keçmədən ayağınızı incitməyə başlayacaqdır. Əgər uzun müddət rahat şəkildə dikdaban geyinmək istəyirsinizsə, əmin olduğunuz markanın ayaqqabılarını alın. Həqiqi dəridən hazırlanmış, yaxşı markanın məhsullarını əldə edin.
Davamı →

Uşağa ayaqqabı seçərkən nələrə diqqət etməli?

Uşağa ayaqqabı seçdikdə diqqətli olmaq lazımdır. Ortopedlərin valideynlərə məsləhətləri:

1. Bəzən eşidirik ki, bütün uşaqlar ortopedik ayaqqabı geyinməlidir. Lakin bu belə deyil. Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil. Uşağa keyfiyyətli və həkimlərin tövsiyələrinə uyğun seçilmiş ayaqqabı seçmək lazımdır. Bu çox vacibdir. Düzgün seçilməmiş ayaqqabıların nəticəsi — uşaqda pəncə və qamət problemləridir. Altlığı yumşaq olan ayaqqabılar (ked, şap-şap) yaxşı seçim deyil. Belə ayaqqabıda uşaq 2 saatdan artıq gəzməməlidir.

2. Uşaq ayaqqabıların müəyyən standartları mövcuddur. Ayaqqabı dəridən olmalıdır (həm ayaqqabının üstü, həm də içi). Bu çox vacibdir. Uşaqlar çox hərəkət edir — qaçır, tullanır. Süni materiallardan hazırlanmış ayaqqabıda uşağın ayaqları çox güclü tərləyəcək. Bu isə ziyandır. Ayaqqabının altlığı bərk olmalıdır və eyni zamanda asanlıqla əyilməlidir. Altlığın elastik olması çox vacibdir. Altlıq dəridən, rezindən və digər müasir materiallardan ola bilər. Ayaqqabının arxası bağlı və bərk olmalıdır. Dabanın hündürlüyü 1/2-1 sm olmalıdır. Qeyri-adi dabanı olan və ya dabansız ayaqqabılar tövsiyə edilmir. Ayaqqabının içərisində supinator olmalıdır. Ayaqqabının burnu bərk və yumru olmalıdır ki, uşağın barmaqları üçün kifayət qədər yer olsun.
Davamı →