Ayaqqabını alanda fikir verin ki, ayaqqabı ayağın üst tərəfini sıxmasın, böyük barmaq ayaqqabının burnuna dirənməsin.
Təzə ayaqqabı isti günlərdə ayağı sanki «yandırır». Bu əziyyətdən azad olmaq üçün ayaqqabını içəridən sirkəli su ilə silmək olar.
Ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı günə vermək və qurut-maq lazımdır.
Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyirlər və quru, təmiz əsgi ilə silirlər, sonra krem çəkirlər və yenə şotka ilə təmizləyirlər.
Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və sıx-sıx qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını odun yanında, mərkəzi istilik batareyasında, yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.
Əriyən qar ayaqqabını korlayır. Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkin və bir azdan təmizləyin.
Ayaqqabını quru, sərin yerdə saxlamaq lazımdır. Əgər ayaqqabı rütubətli yerdə qalıbsa, kif basıbsa, ona benzin çəkin. Qış gəldikdə su keçirməyən plaşların və kauçukdan olan əşyaların üstünə talk səpin, yay ayaqqabısına krem çəkin.
Gənəgərcək yağı – dəri məmulatları üçün ən yaxşı qidadır. Onu ayaqqabıya çəksəniz, yumşaq və su keçirməyən olur, bununla belə, dərinin parıltısı qalır.
Ardı →