Ayaqyolunun tarixcəsi

Fransızlar niyə çətir və yelpik gəzdirirdilər?
Haqlı olaraq deyirlər ki, şüurlu insanların tarixi əlinə ilk ağac ala bilən insandan deyil, tualeti ilk tikən insandan başlayır.
Biz həmişə çətir və yelpiyi görəndə ilk olaraq fransız madam və mademuazelləri xatırlayırıq. Çünki orta əsrlərə aid ədəbiyyatlarda və rəsm əsərlərində çətir və yelpik fransız qadınların simasında avropalı feminanın başlıca aksessuarı sayılıb. Bilməyənlərə yəqin elə gəlir ki, çətir yağış və günəşdən, yelpik isə istidən qorunmaq məqsədilə orta əsr Avropa qadını tərəfindən hər yerə daşınırdı. 

İlk baxışda bir-birinə qətiyyən aid olmayan iki fərqli məfhumu – çətir və tualeti bir araya gətirərək isbat etməyə çalışacağıq ki, bunların biri o birini heç də inkar etmir və parisli xanımların çətir sevgisinin əsl səbəbi nədir. Bu absurd qoşalaşdırmaya bizi orta əsrlərin və müasir dünyanın ən mədəni xalqlarından biri sayılan fransızlar vadar edib. Və çətirdən aidiyyatı üzrə istifadə edilməməsinin səbəbini açmaq üçün bizi tualetin tarixinə nəzər salmağa yönləndirib. 

Oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir. 
Ardı →