Fevral niyə 28 gündür?

Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimin tətbiqinə başlayıb. Aylar ilk orijinal təqvimdə, gecə və gündüzün bərabər olduğu, min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb —  Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quintilis (İyul), Sextilis (Avqust), September (İyul), October (Oktyabr), November (Noyabr) və December (Dekabr).

Ay adlarından, iyuldan dekabra qədər olanlar, romalıların 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin tələffüzdə səslənməsi ilə düzülüb. Yəni, martdan başlayan təqvimə görə, bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu ayları idilər. 10 aylıq təqvimdə yerdə nəzərə alınmayan əlavə 60 gün saxlanılıb.


Ardı →

365 gün?

       Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat davam etdiyi bilinirdi.
       Sosigenes də qarışıqlığı belə həll edir: 
       Hər il 365 gün davam edəcək. Hər ildən 6 saat artacaq. Artan saatlar  4 ildə bir təqvimə əlavə olunacaq və o il 365 + 24 SAAT = 366 gün olacaq. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək. Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq? 
       Sezar əmr verir: 
       365 gün çəkən illərdə ən son aydan 1 gün azaldılsın!
       O vaxtlar yeni il mart ayından başlayırdı, yəni fevral ilin son ayı idi. Beləcə fevral ayı, 4 ildə bir 30 gün, digər illərdə 29 gün olur. Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir: JULIUS, yəni JULY. 
       Sonradan imperator olan Augustus, Sezardan dala qalmayıb və sonrakı aya öz adını verir: AUGUSTUS, yəni Avqust.
       Ancaq Julius Sezar ayı 31 gün ikən, Augustusun ayı 30 gün olar? 
      O da əmr verir:       İlin son ayından 1 gün daha azaldılsın, mənim ayım da 31 gün olsun!
      Yazıq Fevral 1 gün azaldılır və Avqusta əlavə olunur. O gündən bəri Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün olur. Sezar ayı İyul və Augustusun ayı Avqust da ardıcıllıqla 31 gün davam edir.
            nice.az
Davamı →

Aylara görə xasiyyətiniz

Hansı ayda doğulmağınızın xasiyyətinizə təsir etdiyini bilirsinizmi? Bu barədə araşdırma aparılıb və məlum olub ki, ilin aylarından asılı olaraq insanların xasiyyətləri də müxtəlif olur.
  1. Yanvar — bu ayda doğulanlar əsəbi, ciddi, öyrətməyi və öyrənməyi sevən olurlar. Onlar başqalarının eyiblərini ortaya çıxarmağı xoşlayır, diqqətli, dərin hissli, insanı necə xoşbəxt etmək bacarığına malik olurlar. Uşaqları sevən, ailəcanlı, sadiq həyat yoldaşıdırlar.
  2. Fevral — bu qısa ayda anadan olanlar utancaq, ağır xasiyyətlidirlər. Özlərinə etibar etməz, dürüst, inadkar və dəyişkəndirlər.
  3. Mart — bu ayda dünyaya göz açanlar cəlbedici, utancaq, mühafizəkardırlar. Bu ayda doğulanlar simpatik, əsrarəngiz, rahatlıq düşkünü, xidmət etməkdən zövq alırlar. Səbirli, nəzakətli, etibarlı və qisasçıdırlar.

Ardı →

Qadınlar və doğum tarixinin falı

— qadın YANVARDA dünyaya gəlibsə, ömrü boyu sakit yaşayacaq, arzularına çatmaqda elə bir maneəyə rast gəlməyəcəkdir. Yaxşı ev sahibəsi və yaxşı ömür-gün yoldaşı olacaqdır.
-qadın FEVRALDA dünyaya gəlibsə, nadir hallarda gözəl olur, lakin qoçaq və şəndir, geyinib-kecinməyi xoşlayır. İlk gəncliyində xoşbəxt olur, çox vaxt dul qalır, lakin ikinci dəfə ərə gedir. İkinci nikah birincidən uğurlu olur.


Ardı →