Ayriliq

Deyəsən yolumuz ayrıldi bizim,
Ürək o əvvəlki həvəsdə dəyil.
Ayrılıq oxuyur indi hər sözün,
Dinlə son sözü də mən özüm deyim.

Yorğun yolçulara bənzədim, nə qəm,
Yollar ayağımdan tutub sürünür,
Mənzilim uzaqdır, asta gedirəm,
Səninsə mənzilin daha görünür...


Ardı →

Sevsələr də ayrıldılar

ayrılıqGənclərə elə gəlirdi ki, bu dünyada onlardan bəxtəvər insan yoxdur. Çünki bir-birini sevir, necə deyərlər, mehriban davranırdılar. Bir gün onlar evlənmək qərarına gəldilər: elçilik, dəbdəbəli nişan, nəhayət, toy. Gənclər üçün ən məşhur, ən bahalı şadlıq saraylarından biri seçildi.

Əvvəlcə, hər şey öz axarında, qaydasında gedirdi. Sonra isə… Elə bil vəziyyət bir andaca dəyişdi, mehribanlığın, o səmimiyyətin ömrü çox çəkmədi, beləcə, xoşbəxtlik də, romantiklik də nifrətlə əvəz olundu, aralarında problemlər yaşanmağa başladı. Görünür, tələsmişdilər bir-birinə razılıq verib evlənməkdə. Odur ki, sevsələr də ayrıldılar...

Mövzu olaraq, ər-arvad münasibətlərinə həmişə geniş yer verilib, bu münasibətlərə aydınlıq gətirilib. Çünki bu gün əksər boşanmaların kökündə ərlə arvadın tamamilə fərqli xarakterə, fərqli dünyagörüşünə malik olmaları dayanır.


Ardı →

Sən mənim eşq adlı dəliliyimsən I Rüstəm Behrudi

«Sen menim eşq adlı deliliyimsen» 
Deyirdim başıma dəlilik gələr , 
Bir gün 27 yaşımda bəlkə .
Otuzu adladım
Xəbərsizəm mən ,
Dəlilik yaşayır başımda mənim . 

Mən ruh adamıyam, ruhumda sənsən ,
Ruhuma qul olan sözdü can, ancaq .
Nəyim var al, götür 
eşqinən gələn 
Dəlilik istərəm Tanrıdan ancaq .

Ardı →

Sarılarımı Silmə

Sarıya boyuyaram dünyamı, dünya sarı saçlı
Yaxamı buraxmır sənsizliyin ağrısı
Bir bakı günü, bir sənsizlik həftəsi
Sarı saçlarından özümü asmaq kimi
Soyuq qışda, qurbətdə qalmaq kimi,
Olmamağın, bu yoxluq, bu sonsuzluq
Yarımçıq cümlələrin, əllərin
Addımların səkilərdə, səkilər məzarım kimi


Ardı →

"Yox" deyəndə mən - Baba Vəziroğlu

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən «getmə» deyəndə gözlərində yaş.
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı «yox» deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı «yox» deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar.
Daha «hə» deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı «yox» deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
«Sənsiz nə günüm var?!» söyləməliydim.
Ömrümdə bircə yol «hə» deməliydim,
Dilim quruyaydı «yox» deyəndə mən!
Davamı →

Ailələrimiz niyə dağılır

Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Cəmiyyətin özülünü təşkil edən ailə institutunun çökməsi həm də ümumi mənəvi böhrana gətirib çıxarır. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır.

Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar. Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur.
Ardı →

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Ardı →

Daha siqaret çəkməyəcəm

Həfif dumanlı havada və günəşin binaların arasindan təzə-təzə günə salam dediyi bir saatda gənc adam təqribən iki ay əvvəl ayrıldığı sevdiyi qızı görür və titrək bir “Salam” danışmağa başlar.adamın;”Hava o qədər soyuq deyil,bir az oturaqmı?”sualına,qız”Olar”cavabı verər.Bir neçə dəqiqə havadan sudan danışdıqdan sonra,adam cibindən bir siqaret çıxardar.Daha sonra gənc adam söhbətə başlayar:Bilirəm,bu mövzuları daha əvvəl heç danışa bilmədik ya da danışmadıq deyək.Narahat olma amma,”Nəyə görə ayrıldıq”sualını verməyəcəyəm sənə.

Ardı →

Ailə problemləri və onların səbəbləri

Yəqin ki qadınların çoxu bir neçə il nikahda olarkən heç də hər şeyin onların istədiyi şəkildə getmədiyini və daxilən nəyinsə onları bezdirdiyini seziblər. Amma ola bilər ki, bu ərəfədə ailənizdə uşaq peyda olur və bütün diqqət onun üzərində cəmlənir. Uşaqlar səadətdir! Əsl səadət! Amma uşaqlar da böyümə xüsusiyyətinə malikdirlər. Onlar böyüyürlər, amma siz yox. Və nəhayət övladlarınızı irəlidə sərbəst həyatın gözlədiyini başa düşərək, diqqətinizi onun üzərindən bir az da olsa çəkdikdə görürsünüz ki, tək qalmışsınız. Xeyr, sözün əsl mənasındakı tənhalıq deyil bu. Ər var axı! Bəli, o var.
Ardı →