TİTANİK-"Batmaz gəmi”

15 aprel günü dünyada Titanik faciəsi ilə yadda qalır. Bu nəhəng gəmi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi  Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur.Gəmidəki sərnişinləri müxtəlif qruplara aid insanlar olmuşdur.Ən maraqlısı da odur ki,onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 mln dolladan artıq kapitalı olan 47 yaşlı Con Astor vardı ki, o, 20 Titanik almaq iqtidarında idi. Bundan əlavə gəmidə qızıl, brilyantla bərabər, Ömər Xəyyamın «Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi məşhurların əl işləri vardı. Gəminin seyfində indiki qiymətlə 300mln dollar, daş-qaş olmuşdur. Məlumatlara görə gəmidə olan 2224 sərnişindən 710 nəfər xilas olmuş, 1514 nəfər həlak olmuşdur.
Ardı →

Nadir aysberq

İlk dəfə Antarktikada norveçli fotograf tərəfindən çəkilib. Adətən bu buz kütlələri özlərində işığı parçalayan çox sayda hava qabarcıqları saxlayır. Nadir hallarda aysberqlər belə bir möcüzəvi rənglər alırlar.
Yaşıl rəng buzun içində böyüyə bilən yosunların həyat fəaliyyəti nəticəsində meydana gəlib.
Qəhvəyi, qara və sarı rənglər isə tortalı qayalar nəticəsində meydana çıxıb.
Göy rəng isə buzun sürətli əriməsi nəticəsində qabarcıqlar itir və onların içindəki hava isə atmosferə keçir. Sonra da aysberqin üstündəki nəmişlik isə yenidən soyuyur və bu dəyişiklik də aysberqin rəngini göyərdir.


Davamı →