Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti

Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər, hətta bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər. Başqa qrup dövlət başçıları şeir həvəskarları olmuş,  rəğbət bəslədikləri şairlərin əsərlərini ən ciddi məclislərdə əzbər söyləmişlər. Hətta tarixdə şeir yazan, dramatik əsərlərini teatrlara təqdim edən rəhbərlər də olmuşdur.
Az da olsa ədəbiyyatdan, yazıçıdan uzaqda dayanan, bu sahəyə rəğbəti olmadığını gizlədə bilməyən ölkə başçıları haqqında da məlumatlar mövcuddur. Bütün bunlarla bərabər, ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı  şəkildə faydalanan dövlət xadimləri də olmuşdur.

Davamı →

İlham Əliyev və Azərbaycan ədəbiyyatı

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın layiq olduğu halal haqqı idi. Müstəqilliyimizin qazanılmasında ziyalıların və qələm adamlarının payı olduğu kimi, onun qorunub saxlanılmasında da yazarlarımızın töhfəsi inkaredilməzdir.
Onlar milli mücadilədə öndə gedərkən, bəlkə də, heç düşünməmişdilər ki, vaxt gələr həmin əziyyətləri dövlət səviyyəsində dəyərləndirilər. Bu həqiqətlər və faktlar müstəqil dövlətimizin başçılarımız – Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən təsdiqini tapdı. Çünki ziyalıların və söz adamlarının dəyərini bilən Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etmişdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə həm bədii ədəbiyyata və yazarlara, həm də ədəbiyyatşünaslıq elminə, alimlərə dövlət qayğısı sözün qüdrətini daha da artırdı.

Davamı →

Ədəbiyyatımızın Mirzə Fətəli əsri

XIX əsr Azərbaycan ictimai fikrinin görkəmli şəxsiyyətlərindən olan filosof, ictimai xadim Mirzə Fətəli Axundzadə özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olmuşdur. O, həmçinin Azərbaycan dramaturgiyasının, teatrın və ədəbi tənqidin banisidir. Mirzə Fətəli dini fanatizmin, cəhalətin, mövhumatın, avamlıq və nadanlığın hökm sürdüyü bir zamanda demokratik düşüncənin intişarı yolunda dindarların, qaragüruhçuların təqiblərinə məruz qalsa da, millətin gözünün açılması, həyatının dəyişilməsi uğrunda mübarizəsini ömrünün sonunadək davam etdirmişdir.

Davamı →

Kömürçü oğlunun müəmmalı ölümü

Cəfər Cabbarlı 35 illik qısaca həyatında 35 insanın görə biləcəyi işi görüb Azərbaycan üçün. Yaşasaydı, daha nələr edə bilərdi… Və 35 illik həyatının hər anı elə şəhid həyatıdır. Bu düha qısnaqlar, sıxıntılar, əzablar, tənələr içində deyil, sakit, rahat həyat sürüb yaradıcılığı ilə məşğul olsaydı, qoyub getdiklərindən beş artıq əsər, iş qalardı ondan. Şair, nasir, dramaturq, ssenarist, teatrşünas, kinoşünas, tərcüməçi, jurnalist, aktyor, rejissor – daha hansı sahəni sığışdırardı o 35 illik qırıq ömrünə.

Davamı →

Tofiq Mahmud

Azərbaycan ədəbiyyatı 50-ci illərdə yeni bir imza ilə tanış oldu — Tofiq Mehdiyev. Bu şəxs ədəbiyyata həvəslə, məhəbbətlə, ürəklə qədəm basdı. Onun ilk qələm təcrübələri diqqəti cəlb etdi. Şeirlə yaşayan şair illər ötdükcə nəsr əsərləri də yaradaraq Tofiq Mahmud kimi tanındı.
Tofiq Mahmud Azərbaycan uşaq və gənclər ədəbiyyatının görkəmli nümayəndəsidir. O, uzun müddət «Göyərçin» jurnalının baş redaktoru olmuş, maraqlı yaradacılıq yolu keçmişdir. Şair xarakterinə yaxın tanış mövzulara müraciət edirdi. Onun əsərlərində insanlara, vətənə, təbiətə sevgi, məhəbbət aşılanır.
Davamı →

İlk Azərbaycan dirijoru

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyib. Üç yaşında ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı, Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Bu məktəbdə Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını həvəslə oxuyur.
Davamı →

Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.


Davamı →

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.


Davamı →

İsmayıl Şıxlı ilə bağlı maraqlı əhvalatlar

Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.

Evdə xasiyyəti sərt olub. Lakin bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona anladırmış.

Xalq şairi Qabil təzə “Moskviç” alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir:
Davamı →

İsmayıl bəy Nakam

Şəki Azərbaycanın ədəbiyyat və mədəniyyətinin inkişafına mühüm töhfələr verən tanınmış şəxsiyyətlər diyarıdır. Bu ədəbi mühitdə yetişən söz adamları arasında İsmayıl bəy Nakamın özünəməxsus yeri var.

İsmayıl bəy Məhəmməd bəy oğlu Sədrəddinbəyov 1829-cu ildə Şəki şəhərində dünyaya göz açıb. Ulu babaları əslən şamaxılı olub. İbtidai təhsilini molla məktəbində alır. Ərəb-fars dillərini öyrənir. Sonra atası evə rus dili müəllimi dəvət edir və o, üç ilə yaxın rus dilini öyrənir. Dünyagörüşünün artması məqsədilə bir sıra Şərq ölkələrində olur, zəngin bilik qazanır.
Davamı →