Vikipediyamızı birlikdə yazaq.

Əvvəlcə gəlin görək vikipediya nədir? Vikipediyanı bir sözlə ifadə etsək, bu açıq ensiklopediyadır. Bəs açıq ensiklopediya nədir? Açıq ensiklopediya odur ki, o ensiklopediyanı hamı zənginləşdirə bilər, onun ərsəyə gəlməsində hamının əməyi ola bilər — professorundan tutmuş tələbəsinə, mühəndisindən tutmuş həkiminə, ağ yaxalıqlısından tutmuş göy yaxalıqlısına qədər hamının. Qısaca, onlayn mediaya çıxışı olan, evində interneti mövcud olan hər kəs vikipediya`ya yaza bilər.

Hazırda vikipediya dünyada işlənən dillərin demək olar ki, hamısında, dəqiq desəm, 281 dildə məqalələri özündə birləşdirir. Bəzilərində çox, bəzilərdində isə az olmaqla. Vikipediyadakı azərbaycandilli məqalələr «az» kateqoriyasına daxildirlər. Təbii ki, bu xoşagəlməz haldır. Şəxsən mənim onlayn mediada ən güvəndiyim şəbəkə vikipediya`dır. Nəsə axtaranda ilk olaraq vikipediya`dakı nəticələrə diqqət edirəm. Güvənməyimin sas səbəbi isə, orada bir sıra digər xidmətlərdən fərqli olaraq mənbələr göstərilməsidir.

Bu azlığı nəzərə alıb Azərbaycan dilində vikipediya istifadəçilərinə müracit ünvanlanıb. Həmin müraciətin tam mətnini bu link`dən oxuya bilərsiz. Amma özüm də müraciətin nədən ibarət olduğunu qısaca bildirməyi lazım bilirəm. Müraciətdə diqqət vikipediyada azərbaycandilli informasiyaların az olmasına yönəldilir və təklif olunur ki, azərbaycandilli vikipediyanın zənginləşdirilməsinə, orada məqalə sayının artırılmasına hamı öz töhvəsini versin — təklif olunur ki, vikipediyamızı birlikdə yazaq.


Ardı →