"Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət - 28 may 1953-cü il

Əziz Vətəndaşlarım!

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 ilə qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı.


Ardı →

İqbal Məsih

    İqbal Məsih 1983-cü ildə Pakistanda kasıb kəndli ailəsində doğulmuşdur. 4 yaşında ikən böyük bacısına cehiz almaq üçün aldıqları 12 dollar faiz pula görə ailəsi onu qul kimi xalçatoxuma fabrikinə satmışdır. İqbal xalça dəzgahına zəncirlə bağlanmışdır.10 yaşına kimi fabrikdə gündə 14 saata qədər işlədilmişdir.İqbal kifayət qədər qida qəbul etmədiyi və gün işığında olmadığı üçün orqanizmi zəif inkişaf etmişdi.Sahibkar faizi artırmaqla uşağı ailəsinə qaytarmağı əngəlləmişdir. 9 yaşında İqbal öyrənir ki hökümət uşaq əməyinə qarşı mübarizə aparmağa başlayıb.
Ardı →

Balaca ürəyin düşüncəsi

            Balaca bir qızın atası İspaniyanın “ən təhlükəli siyasi məhbuslarının” saxlanıldığı həbsxanada məhbus idi. Balaca qız atasını görmək üçün bütün imkanlardan istifadə edir, hər fürsətdə atasının yanına gedirdi.
      Bir dəfə atasının yanına gedəndə onun üçün çəkdiyi şəkli də apardı. Ancaq həbsxana qaydalarına görə “ağıllara azadlıqla bağlı nəsə gətirə biləcək” şəkillərin məhbuslara verilməsi qadağan idi. Buna görə də balaca qızın çəkdiyi quş şəklini qəbul etmədilər və elə oradaca cırıb atdılar.
      Balaca qız çox üzülmüşdü… Atasına da dedi. Atası da qızına dedi ki, “çox üzülmə, gələn dəfə şəkil çəkərkən daha diqqətli ol.”
      Üstündən bir müddət keçdi. Balaca qız yenə atasının yanına getdi. Bu dəfə də şəkil çəkmişdi. Bir ağac şəkli… və üstündə balaca nöqtələr… Atası maraqla şəklə baxdıqdan sonra qızına dedi: “Nə qədər gözəl çəkmisən bu ağacı”… Sonra balaca nöqtələri göstərib soruşdu ki, bəs bunlar nədir, kiçik meyvələrdir?
      Balacaq qız ağzını atasının qulağına yaxınlaşdırıb yavaşca dedi: “Atacan, onlar meyvə deyil. Budaqların arasında gizlətdiyim quşların gözləridir”….
Davamı →

Fərqi Görürsünüzmü

Bizim «cinayətkar və xuliqanlarımız» Adnan, Emin və Nigar Yaqubludur, sizin əxlaqlı, qanacaqlı, mələk oğlanınız Robert!
Bizim «narkomanımız» Cabbardır, sizin əksəriyyətiniz Hacı, Məşədisiniz.
Bizim «fərarimiz» Bəxtiyardır, sizin vətənpərvəriniz Ceyhun Osmanlı
Bizim «rüşvətxorumuz» Əvəz Zeynallıdır, sizin təmizlik ilahəniz Gülər Əhmədovadır
Bizim «tərbiyəsiz yazarlarımız» Əli Əkbər və Seymur Baycandır, sizin millətin vəkili, müqəddəs jurnalistləriniz Sahib Alıyev, Etibar Hüseynov
Bizim «diktatorlarımız» İsa Qəmbər və Əli Kərimlidir, sizin demokrat, cahanşümül siyasətçiləriniz İlham Əliyev və Ramiz Mehdiyev.

Fərqi görürsünüzmü?
Biz buna görə sınmırıq, Biz sizdən mənən üstünük! ©

Davamı →

Çe Qevara azərbaycanlı olsaydı...

Bir dəfə sosial şəbəkələrin birində, konkret olaraq twitter`də Çe Qevara haqqında bir yazının linkini paylaşıb “Bir Çemiz də olmadı” yazmışdım. Həmin twit`ə müxtəlif cavablar gəldi. Nəsə bu cavablar məni “Çe Qevara azərbaycanlı olsaydı nə olacaqdı?”sualı barədə fikirləşməyə vadar etdi. Nə fikirləşdim, indi onları yazacağam.

Əvvəlcə Çe`nin kimliyi barədə bir neçə kəlmə qeyd edim ki, tanımayanlar da bilsinlər söhbətin kimdən getdiyini. Çe Qevara argentinalı marksist-inqilabçı olmuşdur. Argentinalı olsa da, adı daha çox Kuba ilə əlaqəli çəkilir. Bu da onun Kuba inqilabının rəhbərlərindən biri olması ilə bağlıdır. İnqilabın qələbəsindən sonra isə o, “doğuşdan kubalı” elan edilmişdir.

İndi də Çe`nin inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəldiyini təsəvvür edək. Nə olacaqdı? Elə bir şey olmayacaqdı. Çe Qevara Azərbaycanda inqilab etmək fikrinə düşsəydi, məğlubiyyətə uğrayacaqdı. Niyə? Səbəblər müxtəlifdi. İlk öncə ona görə ki, bizim cəmiyyət qorxaq cəmiyyətdir. Heç kim Çe`yə qoşulmazdı. Bizim insanların inqilab qorxusu bu sözü dilinə belə almamaları həddindədir. İnqilab Azərbaycanda yalnız küçə adı ola bilər. Ondan o yana bir şey yox. Bizim təfəkkürümüz bunu qəbul edəcək qədər deyil. Bizim beynimiz “dövlətlə dövlətlik etmək olmaz” dərəcəsində “inkişaf edib”. İl boyu “sovetin vaxtında gül kimi yaşıyırdıq” deyə təəssüflənib, 20 yanvarda şəhidlər xiyabanına getməyimiz, saç-başımızı yolmağımız bizim mahiyyətimizdəki paradoksdan xəbər verir.


Ardı →

Məqalə

Əslinə qalsa düşüncə məfhumuna yalnız bir anlayış kimi yanaşsaq nə onun mahiyyətini,nə də onda olan sirriliyə vara bilərik.Yalnız bir anlayış kimi düşüncəyə yanşsaq yəqin ki,əldə etdiyimiz nəticə heç də bizim istədiyimiz olan məfhum olmayacaq.Axı bizə yalnız hadisə deyil,həm də mahiyyət  də lazımdır.Düşüncə məfhumuna yalnız canlı varlıq olan insanın bioloji ünsürü kimi baxmaq olmaz.O, nəinki insanın bioloji ünsürü,həmçinin onun yaşamaq üçün zəmanət kartıdır.Axı insanları düşüncəsinə görə bir-birilərindən fərqləndirirlər.Düzdür,mən də qəbul edirəm ki,müasir dünyamız insanları təkcə düşüncəsinə görə fərqləndirmir, həmçinin cəmiyyətdəki sosial statusuna görə fərqləndirir.Axı belə bir hökm yoxdur ki,hər bir kəs sırf öz düşüncəsinə görə status qazanmalıdır.Qazanılmış status  müxtəlif şəkildə özünü göstərə bilər ki,buna misal kimi də biz iqtisadi,siyasi,hüquqi,incəsənət və s. bu kimi bir çoxlarını sadalaya bilərik.


Ardı →

Həndəsi yolla sübuta yetirilmiş və 5 bölümə ayrılmış əxlaq



Spinozanın Etika əsəri qəliz dildə yazılan və anlaşılması çətin olan əsərlər içərisindədi. Bunun səbəbini hərə bir cür göstərir kimsə onun yöntəmində kimsə isə fikirləri arasındakı ziddiyyətdə. Mən Etikanı oxudum asan anlaşıldığını deməzdim amma onun dəhşət çətin bir əsər olduğu fikri ilə də razı deyiləm .Spinozanın tezislərini sübut etmə yöntəmi mənim üçün çox rahat və anlaşılan gəldi, amma təbii ki, Spinozanın dili sadə olmadığına görə bəzi tezisləri anlamaq üçün bir xeyli əziyyət çəkdim. Bundan başqa digər araşdırmaçılardan oxuduğum kimi, mən də Spinozanın bir-birinə zidd gələn fikirlərinə rast gəldim onları burada qey etməyəcəm, çünki o hissələri anlamaq üçün kitabı yenidən oxumağı düşünürəm. Keçək kitaba.
Ardı →

Yalquzaqla Söhbətim

Bir gün Sahildə FİFA U17 Women World Cempionata aid kiçik festival idi diyəsən, onun yanındakı skamyada oturmuşdum. Kefim yox idi. Bir oğlan yaxınlaşdı mənə və başladı şikayətlənməyə.

Adam xaircən diqqəti çəkən deildi. Lakin gözəl natiq idi. Aramızda keçən dialoq maraqlıydı:

+Salam. Oturmaq olar mı?

-Salam. Buyrun.

+Görürsən mi bunları? — oynayanları göstərərək — Ölkədə nə baş verir, nə baş vermir verclərinə deil. Hələ üstəlik bu konsertdə Ermənistan bayrağını belə asıblar. —- Colimbia bayrağı: sarı,göy,qırmızı. Ermənistan bayrağı: qırmızı,göy,sarı – Ordan asılmış bayrağın rəng düzülüşü: qırmızı,göy,sarı! —-

-Bəli.

+ Ölkədə Avropa dəyərləri adı altında insnları pozurlar.Millət vətəni satır. Parçalana-parçalana gəlmişik.Şah İsmayılın dövründə Azərbaycan çox böyük idi. Sora feodal birlklərə, xanlıqlara parçalandı. Gülüstan müqaviləsini bilirsəndə? o müqavilə ilə dövlətimizi, millətimizi parçaladılar sorada ört-basdır etdilər. Sora Qərbi Azərbaycanı verdilər. Borçalı çoxdan getmişdi və Dərbəndi demirəm heç… — çantasından 2,3 köhnə kitab çıxardıb vərəqlədi… — Burda Ağdamda şəhid olmuş insanların adları var. Görürsən mi nə qədər çoxdur? — kitabda bir komandirin şəklini göstərdi — Bu komandir mənim qohumumdur. Qəhrman birisidir. Ağdam döyüşləri gedəndə neçə kəndi ermənilərdən azad edib. Bakıya qayıdanda xəstələnmişdi. Qanında xərçəng xəstləliyi vardı. Xəstəxanaya apardıq. Dedilər, bu xəstəliyin çarəsi yoxdur. Yalan deyirlər!!! Mən bilirəm ki, bu xəstəliyin çarəsi var. Çünki, çox irəliləməmişdi. Amma həkimlər belə bir komandiri sağaltmaq istəmirdilər. Siyasətdi… O adamı sağaltsalardı Qarabağada bəzi komandirlərin necə torpağı satdıqlarını, necə verdiklərini deyəcəkdi. Qoymadılar… Səncə belə bir adam üçün dövlət nə etməliydi ?

— Sağaltmalıydı təbbi ki.

+ Əlbətdə ki, sağalması üçün əllərindən gələni etməliydilər.Amma etmədilər. Dövlət yaxşı yerə getmir. Millət Haqqı unudub. Həzrəti Rasulullah aleyhi salatu vəs salamı təhqir etdilər bizim sözdə müsəlmanlar heçnə etmədilər. Mən təbiətdən ibrət alıram. Ağaclar boşuna solmur. Yarpaqlar boş yerə tökülmür. Allahu Təala cəllə cəlaluhu, Həzrəti Cəbrail əleyhisəlam vasitəsi ilə Peyğəmbərimiz Həzrəti Rasulullah aleyhi salatu vəs salama göndərilən Quran-i Kərimdədə buyrulur ki, İnsan oğlu nankördür. Onu yaradanı unudar. Səma, buludlar, sular, quşlar, hər kəs uca yaradana çağırır insanı. Hər birində insan üçün gözəl ibrətlər vardır. — sual verməyə fürsət tapdım –

— Haralısınız?

+ Dininə, irqinə, milliyətinə, ayırd qoymadan öncə Allahın quluyam. Sonra Azərbaycanı bölgələrə bölmək istəmədən Qarabağlıyam. Ən çox şəhid verən yerdən..

— Xocalı ?

+ Xocalıda öz yerində. Orda da ölənlər mənim bacı və qardaşlarımdır. Ağdamlıyam.

— Harda oxuyursunuz?

+ Nitqimə görə deyirsiniz?

— Bəli

+ Orta məktəbi qurtarmışam. Oxumağa şəraitim olmayıb. Sadəcə millətin bu vəziyyəti mənə ağır gəlir!

— Harda işləyirsiniz?

+ Çox yerdə işləmişəm. Mühafizə kimi, fəhlə kimi və s.

— Ramil Səfərov Macarıstanda ermənini yatarkən baltaladı. Bunun haqqında nə fikirləşirsiniz?

+ Hər nə etsə də, keşke kişi kimi öldürəydi

***
Uzun sözün qısası, buna bənzər 1 saat, 1 saat yarımlıq söbətimiz oldu. Daha doğrusu o danışdı, mən dinlədim. Bu yazıda nə dərəcədə çatdıra bildim bilmirəm amma adam çox gözəl danışırdı. Səs tonu və mimikalarıda öz yerində. Adam heç məlumatı olmayan hər hansı bir mövzuda, qurup-quraşdırıb rahat daşıa bilərdi. Oxumuş və birazda ictima aktiv olsa, rahat gənc liderlərdən olardı. Bu adamın məqsədi, yanında 2, 3 kitab gəzdirib, şəhərdə bir-bir kimə yaxınlaşa bilirdisə yaxınlaşıb belə söhbətlər edir və bu yolla milləti dəyişdirməyə çalışırdı. Yarı cahil, yarı intellektual bir adam belə başa düşürki, dəyişiklik dövlətdən yox, xalqdan başlayır!
Davamı →