Türkiyədəki təhsilimi yarımçıq qoyub Macarıstanda oxumağa gəldim

ziya tarverdizade - 1 (1)

Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Corvinus Universitetində marketinq üzrə magistraturada təhsil alan həmyerlimiz Ziya Tarverdizadədir. O, bakalavr təhsilini Budapeştdə aldıqdan sonra, magistratura üçün də yenidən Budapeştdə oxumağa qərar vermişdir. Biz onunla oxuduğu universitet, Budapeştdə tələbə həyatı və sair mövzularda söhbətləşdik. Həmin müsahibəni Sizə təqdim edirik.


Ardı →

Macarıstanın Mərkəzi Avropa Universitetini seçməyimin əsas səbəblərindən biri buranın dünyanın ən nüfüzlü universitetlərindən biri olması idi.


ph2

Bugünkü müsahibimiz Macarıstanda Siyasi Elmlər (Political Science) ixtisası üzrə təhsil alan həmyerlimiz Ülvi Əlizadədir. O, hazırda Mərkəzi Avropa Universitetində magistr pilləsində təhsil alır. Biz onunla oxuduğu universitet və Macarıstan barədə təəssüratlarını soruşduq, o isə öz təcrübəsini və təəssüratlarını bizimlə bölüşdü. Ülvi bəy bizim suallarımıza ətraflı və maraqlı cavablar vermişdir. Buyurub müsahibə ilə tanış ola bilərsiniz.

— Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

İlk öncə müsahibəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Bakı Dövlət Universitetində oxuyarkən artıq qərara gəlmişdim ki, magistr təhsilimi Avropada davam etdirim. Bakalavr təhsilimi bitirdikdən sonra müxtəlif universitetlərə baş vurdum və bir neçəsindən qəbul cavabı aldım. Qəbul aldığım universitetlərin arasında çox yaxşı universitetlər var idi. Amma əsas prioritetim Mərkəzi Avropa Universitetinə (CEU-ya) daxil olmaq idi. Sözün düzü konkret olaraq Macarıstanda təhsil almaq qərarına gəlməmişdim, yəni əgər bu universitet Banqladeşdə yerləşsəydi, ora da gedərdim (gülür).


Ardı →

Macarıstanda təhsil maddi imkanı orta olan istənilən insan üçün əla seçimdir

 fidan abdullayeva 4

Bugünkü müsahibimiz Macarıstanın paytaxtı Budapeşt şəhərində təhsil alan həmyerlimiz Fidan Abdullayevadır. Biz onunla Macarıstanda təhsil almaq yolları, oradakı təhsilin üstünlükləri, tələbə həyatı ilə bağlı söhbətləşdik. Həmin  müsahibəni sizə təqdim edirik.

-Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?

Mən, Fidan Abdullayeva Macarıstanın ən böyük dövlət universiteti olan ELTE-də, magistraturada  təhsil alıram. İxtisasım isə İngilis dili və ədəbiyyatıdır. Məlumat üçün deyim ki, ELTE Macarıstanın ən tanınmış universitetlərindən biridir və bu universitetdə bir sıra Nobel mükafatçıları dərs deyir. Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir.


Ardı →

Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir.


azer ismayilov 3

Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir.

Bugünkü müsahibimiz Macarıstanın paytaxtında yerləşən İnternational Business School (Beynəlxalq Biznes Məktəbi) Universitetində təhsil alan həmyerlimiz Azər İsmayılovdur. O, Macarıstanın təhsil sistemi, oxuduğu universitet və tələbə həyatı barədə olan fikirlərini bizimlə bölüşmüşdür. Həmin müsahibəni oxuculara təqdim edirik.


Ardı →

Macarıstan məndə “hər zaman çəkdiyin əziyyətin qarşılığını alacaqsan” təəssüratını oyatdı.

 Shamil shahmaliyev Budapestde

Bugünkü müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Debrecen Universitetində tibb təhsili alan həmyerlimiz Şamil Şahmalıyevdir. O, oxuduğu universitetin təhsil sistemi, tələbə həyatı və digər mövzularda olan  suallarımıza ətraflı cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.

-Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?

Mən, Şahmalıyev Şamil, hazırda Debrecen Universitetinin Tibb fakultəsində təhsil alıram. Debrecen Universiteti Macarıstanın ikinci ən böyük şəhəri olan Debrecen şəhərində yerləşir və ölkənin ən qədim universitetlərindən biridir. Onun yaradılması 1538-ci ilə gedib çıxır ki, bu da universitetin necə qədim ənənələrə və zəngin təcrübəyə malik olmasından xəbər verir. Debrecen Universiteti özünün böyüklüyü və tələbə sayının çoxluğu ilə fərqlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu universitet 30 000-dən çox tələbəni özündə birləşdirir. Debrecen Universitetində tibb, stomatologiya, əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tələbələrə tədris olunur.


Ardı →

Debrecen universiteti mərkəzi Avropada ən yaxşı araşdırma universitetlərindən biri kimi tanınır

 surxay - 3

Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Debrecen Universitetində təhsil alan həmyerlimiz Surxay Novruzovdur. O, oxuduğu ixtisas, Macarıstanın təhsil sistemi, Debrecen universitetində tələbə həyatı və digər mövzularda  suallarımıza cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.

 -Necə oldu ki, məhz Macarıstanda yerləşən Debrecen universitetini seçdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Mənim üçün hər zaman mərkəzi Avropa ölkələri həm tarixinə, həm memarlığına, həm də təhsil sisteminin özünə məxsusluğuna görə cəlbedici olub. Magistr təhsilimi almaq üçün xaricdə universitetlərə müraciət edən də əsas iki ölkəyə üstünlük vermişdim. Biri Avstraliya, digəri isə Macarıstan idi. Hər iki ölkədə yerləşən universitetlərdən müsbət cavab alsam da, həm reytinqinə görə, həm yerləşdiyi regionda təcrübə cəhətdən daha böyük prespektivlər əldə etmək mümkün olduğuna görə Debrecen Universitetini seçdim. Beləliklə seçim edərək Macarıstanda təhsil almağı Avstraliyaya universitetindən daha üstün tutdum.


Ardı →

Macarıstan prezidentinin bitirdiyi universitetdə təhsil alan azərbaycanlı tələbə

eli elekberli 3

Macarıstanın Corvinus universitetində, tətbiqi iqtisadiyyat (applied economics) ixtisas;nda təhsil alan həmyerlimiz Əli Ələkbərli bizim bugünkü müsahibimizdir. O, Macarıstanda yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi, digər mövzularda  suallarımıza maraqlı cavablar vermiş və Budapeşt barədə təəssüratlarını bizimlə bölüşmüşdür. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.

 -Təhsil aldığınız Corvinus univeristeti və ixtisasınız olan tətbiqi iqtisadiyyat barədə oxuculara məlumat verə bilərsinizmi?

Corvinus universiteti Macarıstanda və Avropada iqtisadiyyat üzrə təhsil sahəsində liderlik edən ali tədris müəssisələrindən biridir. Təməli 1850-ci ilə təsadüf edir. Universitetin bütün beynəlxalq standartlara cavab verən yüksək tədqiqat potensialı var. Burada Avropa, Amerika və Asiya təhsil müəssisələrindən yüzlərlə professor-müəllim heyəti müxtəlif mühazirə kurslarına dəvət edilir. Deyə bilərəm ki, universitetdə ən yaxşı təhsili məhz iqtisadiyyat fakültəsində verir.


Ardı →

Macarıstanı seçməyimin səbəbi keyfiyyətli təhsil, yaşayışın isə ucuz olmasıdır

Macarıstanın Corvinus universitetində təhsil alan həmyerlimiz Elvir Məmmədov bizim bugünkü müsahibimizdir. O, beynəlxalq münasibətlər (international relations) ixtisası üzrə magistratura pilləsində təhsil alır. Elvir bəy Macarıstanda yaşadığı tələbə həyatı, Bakıdakı ixtisasını necə dəyişib Macarıstana getməyi və digər mövzularda  suallarımıza maraqlı cavablar vermiş, Budapeşt şəhəri barədə təəssüratlarını bizimlə bölüşmüşdür. Həmin müsahibəni Sizə təqdim edirik.


Ardı →

Avropanın bir çox tanınmış şəhərlərində olmuşam, amma Budapeşt qədər rahatlığı olan şəhərə rast gəlməmişəm.

Almaniyada təhsil almış, lakin hazırda Budapeştdə işləyən Bəxtiyar Hüsiyev ilə müsahibəni Sizə təqdim edirik.

— Necə oldu ki, məhz Almaniyada təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Almaniyanın həm iqtisadi həm təhsil və həm də təhlükəsizlik baxımından dünyanın ən öndə gedən dövlətlərdən birində olması mənim diqqətimdən yayına bilməzdi. Almaniyadakı havanın soyuq olmasına baxmayaraq ekoloji cəhətdən çox təmiz olması mənim çox xoşuma gəldi. Əminliklə deyə bilərəm ki, Almaniya hem oxumaq həm də yaşamaq üçün ən yaxşı 5 ölkədən biridir.

  — Almaniyada təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Almaniyadakı təhsil sistemi Azərbaycan təhsil sistemindən dəfələrlə üstündür. Almaniyada keçirilən dərslər əsasən müəllim və tələbə arasında dialoq əsasında qurulur, yəni, mövzunun yeni olmasına baxmayaraq müəllim digər dərslərə və ya praktiki misallara əsaslanaraq kecdiyi mövzunu tələbələrə tam olaraq çatdırır. Evdə sadəcə əlavə olaraq müəyyən dərəcədə dərsdə oyrəndiklərimizi genişləndirirdik. Oxuduğum müddət ərzində ən çoc xoşuma gələn məqamlardan biri alman təhsil sistemində individual yox, daha çox komanda şəklində fəaliyyətin nə qədər önəmli və faydalı olması idi. Çünki orada qrup işlərinə professorlar çox önəm verirlər və alınan qiymət imtahandan alınan qiymətə təsir edir və ümumilikdə toplam qiymət imtahan və qrup işindən aldıgın qiymətin cəmi olur. Təəssüflər olsun ki, azərbaycan təhsil sistemində qrup işi ümumiyyətlə mövcud deyi,l həmçinin də imtahanlar test üsulu ilə olduğu üçün artıq öz dəyərini itirir və təhsil sistemi əzbərçilik üzərində olur. Almaniyada isə imtahan test yox yazılı formada olur və tələbə məcburdur ki, semester ərzində keçdiklərini yeniden təkrarlasın və öz biliyini imtahanda nümayiş etdirsin. Almaniyada yataqxana şəraiti muasir standartlara cavab verən səviyyədə mövcuddur və qiymət baxımından kirayə verilən evlərdən daha ucuzdur.


Ardı →