Böyüklərin uşaqlara münasibətini dəyişən adam - Yanuş Korçak

Dahilər var ki, ölümlərilə bəşəriyyətə insanlıq dərsi keçirlər. 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində təhsildə humanizm təlimi, əslində onun gərgin əməyinin və beyninin məhsuludur. Bu gün geniş şəkildə tətbiq olunan təhsildə humanist münasibətin banilərindən olan Yanuş Korçak minlərlə Yəhudi insanı kimi ölüm düşərgəsində məhv edildi.

Yanuş Korçak böyüklərin uşaqlara qarşı münasibətlərini dəyişən ilk pedaqoqlardan idi. Onun əsas işi uşaqların da böyüklər qədər hörmətə layiq olduqlarını vurğulamaq idi. Hər uşağın özünəməxsus yolu, istedadı və tərzi olduğunu bildirirdi. 
Davamı →

Arximed

Böyük alim və mexanik olan Arximed bizim eramızdan əvvəl III əsrdə yaşayıb. O, kiçik Yunan dövlətinin paytaxtı olan və Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olub. Öz dövründə bir çox texniki kəşfləri ilə məşhurlaşıb. Gəmi və hava vintinin əcdadı olan və onun adı ilə adlandırılan su qaldıran Arximed vinti mexanizmini kəşf edib.

Arximed həmçinin astronomiya ilə də məşğul olub. O, Günəşin görünən (bucaq) diametrini təyin etmək üçün cihaz düzəldib və həmin bucağı dəqiqliklə hesablaya bilib. Bundan başqa o, planetlərin hərəkətini, Ayın fazalarını, Günəş və Ayın tutulmalarını müşahidə edən mexaniki cihaz hazırlayıb.
Davamı →

Məşhur müsəlman alimlər | İbn Xəldun

İbn Xəldun sultanın Qahirəyə geri dönməsindən sonra faktiki olaraq onu əvəz eləməli oldu. Həmin vaxt isə Əmir Teymur şəhər ətrafında mühasirə halqasını daraltmaqda davam edirdi. Əmir Teymurun qoşunu hər an şəhərə hücum edərək onu ala və yerləyeksan edə bilərdi. Belə bir vəziyyətdə İbn Xəldun iki yoldan birini seçməli idi: O ya düşmənlə son nəfəsə kimi döyüşmək, ya da Əmir Teymurla barışmaq barədə qərar qəbul etməli idi. Əmir Teymurla döyüşmək mənasız idi.

Çünki onsuz da onunla bacara bilməyəcəkdilər. Döyüş şəhərin Teymurun əsgərləri tərəfindən alınması və yandırılması, əhalinin isə qətli ilə nəticələnəcəkdi. Əmir Teymurla bacara bilməyəcəklərini anlayan İbn Xəldun sonda onun yanına elçilər göndərmək və elçi heyətində özünün də iştirak etməsi barədə qərar qəbul etdi. Ətrafındakılar ona belə bir qərar qəbul etməzdən əvvəl Qahirəyə — sultanla məsləhətləşmək təklifini etdilər. İbn Xəldun isə onlara cavabında bildirdi ki, sultanla məsləhətləşmək yaxşı olardı. Ancaq vaxt gözləmir. Adamımızı Qahirəyə göndərmək və oradan sultanın yeni qərarını alıb gətirmək çox vaxt aparacaq. Bir də biz indiki vəziyyətdə onsuz da Əmir Teymurdan zəifik və insanları mənasız qırğına verməyə ehtiyac yoxdur. İbn Xəldun belə hesab edirdi ki, sultanın özü də qəbul etdiyi qərardan razı qalacaq.
Davamı →

Dahilərin asudə vaxtları

1. Gec vaxta qədər işləmək lazım deyil
Görkəmli insanlar bütün günlərini iş yerlərində keçirmirlər. Məsələn, filosof Mişel Fuko saat 9:00-dan 15:00-a qədər çalışırdı. Betxoven isə gün çıxandan günortaya qədər işləyirdi. Görkəmli şəxsiyyətlərin əksəriyyəti gün ərzində 12 saat belə çalışmırdılar.

2. Çox istirahət edin
Hətta qısa iş günlərində belə uğurlu və görkəmli insanlar iş vaxtı istirahət edirlər. Məsələn, Sokrat bəzən küçənin ortasında qəfildən dayanıb 20 dəqiqə ərzində heç nə etməyərək ayaq üstə dayanırdı. Betxoven isə hər səhər xiyabanda gəzintiyə çıxırdı. O, belə vaxt keçirməyi «gəzinti zamanı iş» adlandırırdı.
Davamı →

Qandinin qəribəlikləri

Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi.

Qadınlar, seks, zəncilər və aşağı kasta nümayəndələri ilə bağlı Qandinin qəribə fikirləri vardı. Hamının kübar, xoşxasiyyət kimi tanıdığı Qandi qəribə tərəfləri ilə seçilirdi. 1893-1914-cü illərdə Cənubi Afrikada vəkillik edən Qandi zənciləri insan yerinə qoymurdu. Onlardan xoşu gəlmirdi, zəncilər haqqında danışanda ağzından söyüş düşmürdü.
1903-cü ildə “ağ irq”in Cənubi Afrikaya hökm etməsi fikrini səsləndirdi. Ancaq 1908-ci ildə “ağlar” tərəfindən həbs olunmuşdu. Özü də zənci kimi damğalanmışdı...

Qadınlar haqqında düşüncələri də elə zəncilərə olan qəzəbinə bənzəyirdi. Qandinin əməlli-başlı qadın düşməni olduğu deyilirdi. Cənubi Afrikada işlədiyi vaxtlar iki gənc qadının təcavüzə uğraması hadisəsi baş vermişdi. Qandi günahı qadınlarda görmüşdü və saçlarının kəsilməsini tələb etmişdi. Hindistanın gələcək lideri düşünürdü ki, qadınlar təcavüzə təslim olduqları an insanlıqlarını itiriblər.
Davamı →

Tarixi şəxsiyyətlərdən maraqlı dialoqlar

Volter
Fransız yazıçısı və filosofu Volter bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:
— Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!

Corc Vaşinqton
ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:
— Nə qədər verməliyəm? — dedikdə:
— Yüz dollar! — deyə, restoran sahibi cavab verir.
Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:
— Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir! — deyir
— Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir! — deyə cavab verir.
Davamı →

Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Bu danışıqlar Eynşteynin Berlin yaxınlığındakı bağ evində, 14 iyul, 1930-cu ildə baş tutub. Onlar arasındakı söhbət qeydə alınıb və 1931-ci ilin yanvarında «Modern Review» dərgisində çap olunub.

Birinci danışıq.
14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?

Taqor: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır.

İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə Dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir.

Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm.
Davamı →

Hazırcavab şəxsiyyətlər

Oxuyacağınız bu, xırda hekayələr lətifə deyil. Tarixi şəxsiyyətlərin həqiqətən başlarına gələn hadisə və hazırcavablıqlarıdır.Tarixdə elə suallara elə cavablar verilmiş, elə diaolqlar yaşanmışdır ki, dəfələrlə oxunsa belə fərqli mənalar çıxarmaq mümkündür. Bəlkə də bu dialoqlar saytda ayrı-ayrı vaxtlarda nəşr olunub. Əminəm ki, ya burda, ya da başqa yerdə bunları oxumusunuz. Təkrar biliyin anasıdır deiyb, bu topikdə hamının məcmusun nəşr edirəm.



Amerikadakı əkiz qüllərə hücumdan sonra Məhəmməd Əli ilə CNN müxbiri arasında keçən unudulmaz dialoq:

CNN müxbiri:
— Cənab Məhəmməd Əli, bu dəhşətin meydana gəlməsinə səbəb olan terroristlərlə eyni dinin bir mənsubu olaraq nə hiss edirsiniz?

Məhəmməd Əli:
— Siz Hitler ilə eyni dini paylaşan bir mənsub olaraq nələr hiss edirsinizsə, eynisini.
Davamı →

Hamının dəli hesab etdiyi dahi

«Ailə həyatının uğurlu alınmasında ən vacib məsələ nədir?» sualına hər kəsin cavabı fərqlidir. Yəqin ki, çoxları sevgi, etibar və sədaqət deyəcək. Bütün bunlardan savayı bir-birinə dəstək çox mühüm amildir.

Bu adamın adı bütün dünyada tanınır. Amma onun ikinci yarısının dəstəyi olmasa idi, çətin ki, adını dahilər cərgəsinə yazdıra bilərdi. Söhbət Henri Forddan gedir. Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olub. Henri Ford ilk təhsilini adi kənd məktəbində alıb. Henri Fordun atası fermer idi. Lakin kiçik Henrinin fermer işinə həvəsi yox idi. O, daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görsə də, Henri Ford özünü başqa sahədə təsəvvür edirdi. O, gənclik illərini «Mənim həyatım və nailiyyətlərim» kitabında belə təsvir edib: «Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım»
Davamı →