Fyodor Şalyapin

Feodor ChaliapinFyodor Şalyapin 1873-cü ildə sadə kəndli ailəsində Kazan şəhərində dünyaya gəlmişdir. 1889-cu il Şalyapiniin aktyorluq bacarığının başlanğıcı idi. Bu illərdə o, V.B.Sereebryakovun dramatik truppasına daxil olaraq, burada tamaşaya qoyulan P.İ.Çaykovskinin “Yevgeniy Oneqin” operasından Zarestkinin partiyasının ilk çıxışı olur.

1893-cü ildə Moskvaya, sonra isə 1894-cü ildə Sankt-Peterburq şəhərlərində böyük müvəffəqiyyətlə konsertlər verir. Məhz böyük hörmətlə qəbul olunan Şalyapin Sankt-Peterburq İmperator Teatrında bir sıra operaların əsas qəhrəmanlarının ifası ilə seçilirdi. Və bu məqsədlə də o Mariinsk Teatrına işə düzələrək burada opera truppasının tərkibində (“Faust” Ş.Quno, “Ruslan və Lyudmila” M.Qlinka) işləməyə başlayır.

1896-1899-cu illərdən Şalyapin məşhur xeyriyyəçi S.İ.Mamontovun təkidi ilə Moskva opera teatrının truppasına daxil olur. Onun repertuarı geniş idi. Belə ki bura N.A.Rimski-Korsakovun – “Pskovityanka” (İvan Qroznıy), “Sadko” (Varyaj qonağı), “Motsart və Salyeri” (Salyeri), A.S.Darqomıjskinin – “Su pərisi” (Dəyirmançı), M.İ.Qlinkanın — “İvan Susanin” (İvan Susanin), M.P.Musorqskinin – “Boris Qodunov” (Boris Qodunov), “Xovanşina” (Dosifey) operaları daxildir.
Davamı →

Mstislav Rostropoviç

Mstislav RostropovichMstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir.

İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violonçel ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violonçelin incəliklərini öyrənir.

1943-1948-ci illərdə Rostropoviç Moskva Konservatoriyasında təhsil alır, 1956-cı ildə bu Konservatoriyanın violonçel ifaçılığı şöbəsində professor təyin edilir. Rostropoviç Moskva Konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violonçel ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar.
Davamı →

Svyatoslav Rixter

Svyatoslav RixterSvyatoslav Rixter 1915-ci ildə Ukraynanın Jitomir şəhərində musiqiçilər ailəsində dünyaya gəlib.
1922-ci ildə ailə Odessa şəhərinə köçür. Burada Rixter bəstəkarlıq və fortepianodan dərs keçir. Rixterin ilk ifa etdiyi əsər F.Şopenin nokturn olmuşdur. İlk solo konserti də məhz F.Şopenin əsərlərindən ibarət idi.

1937-ci ildə Rixter Moskva Konservatoriyasına Q.Neyqauzun fortepiano sinfi üzrə daxil olur. 1940-cı ildə Konservatoriyanın kiçik zalında S.Prokofyevin 6-cı sonatasını ifa etmişdir.

Müharibə illərində Rixter Moskva və SSRİ-nin bütün şəhərlərində, hətta blokadada olan Leninqrad (indiki Sankt-Peterburq) şəhərində də qastrol səfərlərində olmuş, konsertlər vermişdir.

Bir sıra musiqi xadimləri ilə dostluq nəticəsində Rixteri qərb ölkələrində qastrol səfərlərinə getmək icazə verilmirdi. Buna baxmayaraq, Rixter dostlarından S.Prokofyevin əsərlərini (9-cu sonatası, M.Rastropoviçin iştirakı ilə) böyük həvəs və məharətlə ifa edirdi.
Davamı →

Dinu Lipatti

Dinu LipattiDinu Lipatti 1917-ci ildə Buxarestdə musiqiçi ailəsində anadan olmuşdur. Atası skripkaçı Pablo de Sarasate və Karl Fleşin şagirdi olmuşdur. Dinu Milli kollecdə oxuyaraq, Mixail Jordan fortepiano və bəstəkarlıq dərsləri alırdı.

Sonra Buxarest Konservatoriyasına daxil olan Dinu öz mahir ifaçılıq istedadı ilə hamını heyran edir. Burada tələbələr tərəfindən təşkil olunan konsertdə Dinu E. Qriqin fortepiano konsertini virtuoz ifası ilə heyrətləndirir.

1932-ci ildə Lipatti özünün bəstələdiyi fortepiano, skripka və fortepiano üçün sonatinası mükafata, həmçinin “Qaraçılar” simfonik süitasına görə Qran-pri mükafatına layiq görülmüşdür.
Davamı →

İvan Kozlovskiy

Іван Козловськийİvan Kozlovskiy 1900-cu ildə Ukraynada sadə ukrayna ailəsində anadan olmuşdur. 7 yaşında artıq Kiyevdə xorda oxuyan İvan 1920-ci ildə vokal sinfi üzrə Kiyev musiqili-dramatik İnstitutunu bitirir.

1920-1923-cü illərdə İvan həmin institutun tamaşalarında, 1924-cü ildə Xarkov opera teatrının truppasında, 1925-1926-cı illərdə isə artıq solist kimi Sverdlov opera teatrında çalışmağa başlayır. 1926-cı ildə Böyük Teatra dəvət alır. 1938-ci ildə Dövlət Ansamblını yaradan İvan Kozlovskiy bu kollektivin bədii rəhbəri, həmçinin opera rejissoru kimi də çıxış edir.
Davamı →

Otto Klemperer

Otto KlempererOtto Klemperer 1885-ci ildə Polşanın Breslau şəhərində anadan olmuşdur. İlk əvvəl pianist-ifaçı kimi Frankfurt Konservatoriyasında, sonralar isə təhsilini Berlindəki Ştern Konservatoriyasında davam etdirmişdir. 

1905-ci ildə Qustav Malerlə tanışlığı və dostluğu nəticəsində Otto Praqa Teatrının orkestrinin bədii rəhbəri olmuşdur. Sonralar Otto Hamburq şəhər teatrında (1910-1912), Barmen teatrında (1912-1913), Strasburq şəhərində filarmoniyanın baş dirijoru (1914-1917), Köln Opera Teatrının bədii rəhbəri və bədii müdiri vəzifələrində çalışmışdır.
Davamı →

Ditrix Fişer-Diskau

Ditrix 1925-ci ildə Berlində qədim musiqi ənənələrinin davamçısı və təbliğatı ilə məhşur olan ailədə anadan olmuşdur. Uşaqlıq illərindən artıq musiqi ilə məşğul olan Ditrix özünü həm müğənni (bariton), ifaçı-pianist və dirijor kimi sınamışdır.

1949-cu ildən bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur. Həmçinin bir sıra festivalların daimi nümayəndəsi (Edinburq – 1952, Bayreyt – 1954, Zalsburq — 1956) olmuşdur. 1948-ci ildən Berlin Operasının truppasının nümayəndəsi kimi qastrollarda çıxışlar etmişdir.

O Berlində Alman Operası, Münhendə Milli Teatr, Vyana Operası, London Kovent-Qarden Teatrı, Karneqi-Xollda konsertlər vermişdir.

Ditrix həmçinin vokal ifaçısı kimi də məşhur dünya dirijorlarının iştirakı ilə konsertlərdə böyük uğurları olmuşdur. Ditrixin sonuncu konserti 1992-ci ildə baş vermişdir. Ditrix bir sıra mükafatlara layiq görülmüşdür.
Davamı →

Leonard Bernstayn

Leonard BernsteinLeonard Bernstayn 1918-ci ildə Massaçusets ştatının Lourens şəhərində anadan olmuşdur. Onun musiqi ilə məşğul olmasına ailə narazılıq etsələr də, qardaşının onu musiqi konsertlərinə aparması sonralar musiqi savadının öyrənilnəsində böyük xidmətləri olmuşdur.

Bir sıra musiqi məktəblərində təhsil alan Leonard 1940-cı ildə Boston Simfonik Orkestrində S.Kusevistkidən dərs alır.

Musiqi tarixinə həm bəstəkar, həm ifaçı, həm də dirijor kimi daxil olmuşdur. Hətta öz əsərlərindən ibarət konsertlər təşkil etmiş və bu əsərlərə dirijorluq etmişdir.
Davamı →

Arturo Benedetti Mikelandceli

Arturo Benedetti MichelangeliArturo Benedettinin ifaçılıq məktəbi XX əsr dünya ifaçılıq musiqi mədəniyyətinin ən yüksək zirvələrində durur. Özünün ağır, kədərli, bir qədər dünyadan kənar, publika qarşısında ciddi siması ilə bir çox ifaçılardan seçilirdi.

Musiqiyə o qədər dərin, subyektiv tərəfdən ciddi yanaşan Benedetti özünəməxsus ifa texnikası, musiqi dili, yanaşma tərzi ilə XX əsr ifaçıları arasında xüsusi yer tutur. İfa tərzi qeyri adidir. Hətta ifa tərsinə görə onu «Yen List» adı ilə də adlandırmışlar. 
Davamı →

Daniyel Barenboym

Daniyel Barenboym1942-ci ildə Arqentinada dünyaya göz açmışdır. 5 yaşından artıq musiqi ilə məşğul olan Daniyelin ilk konserti 7 yaşında olmuşdur. 1954-cü ildə Daniyel Zalsburq şəhərinə gələrək burada İ.Markeviçdən dirijor sənətinin sirrlərini öyrənməyə başlayır.

1975-ci ildə Barenboym Paris Orkestrini yaradır. 1991-ci ildən 2006-cı ilədək Çikaqo Simfonik Orkestrinə rəhbərlik etmiş, 1992-ci ildə Berlin Dövlət Opera Teatrının bədii müdiri, 2006-cı ildə “La Skala" Milan teatrının dəvəti ilə orkestrə rəhbər, 2011-ci ildən isə həmin teatrda bədii dirijor və musiqi rəhbəri kimi çalışır.
Daniyel həm ifaçı kimi, həm də dirijor kimi fəaliyyət göstərir. O bir çox məşhur ifaçı və dirijorlarla konsertlər vermişdir.
Davamı →