Stalin Iosif Vissarionoviç

«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək»

(Uinston Çörçill)

Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. Fərq orasındadır ki, Stalin anasının onun naminə qatlaşdığı məhrumiyyətləri, getdiyi qurbanları lazımınca qiymətləndirmirdi və 1936-cı ildə anasının dəfninə gəlməməklə gürcülərin milli heysiyyatını təhqir etmişdi. Hitler isə 1907-ci ildə anasının xəstələndiyindən xəbər tutan kimi dərhal Lintsə qayıtmış və ömrünün neçə ayını anasına qulluq etməyə həsr etmişdi.
Ardı →