Borclunun sağlığı

Rəsulzadə1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradı. Çox keçməmiş, bolşeviklər Məhəmməd Əmin Rəsulzadəni Lahıcda tutub Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirdilər. Burada qərar çıxardılar ki, Müsavat lideri güllələnməlidir. Bu xəbər həmin vaxt Vladiqafqazda olan Stalinə də çatdı. О dərhal Bakıya telefon açıb, Pankratova tapşırdı ki, Rəsulzadəyə hələlik əl vurulmasın, çox güman, özü bu gün Bakıya gələcək.

Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi. Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq:
“Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, — deyə o bildirdi.

Pankratov Əliheydər Qarayevin odlu-alovlu çıxışından vəcdə gəlib onunla eyni fikirdə olduğunu bildirəndə Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız bu kişi məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək” — deyib fikrini vurğuladı.
Ardı →