Sidik axarı daşları əlamətləri

Sidik axarının daşları sidiyin böyrəklərdən axınının qismən və ya tam blokadası zamanı təzahür edir. Bu səbəbdən 90-95% pasientlərdə sidik axarının daşları yalnız böyrək sancısı yarandıqda aşkar edilir.

Sidik axarının mənfəzi daşla qismən tutulduqda ağrılar küt olub, müvafiq qabırğa-onurğa sütunu bucağında yerləşir. Sidik axarının tam obturasiyası zamanı sidiyin böyrəklərdən axını kəskin pozulur, ləyənlər genişlənir, ləyəndaxili təzyiq yüksəlir.

Böyrək toxumasında mikrosirkulyasiyanın pozulması və sinir uclarının qıcıqlanması güclü ağrı tutmasına-böyrək sancısına səbəb olur.


Davamı →

Böyrəklərdə daş yığan 5 ziyanlı qida

Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır. Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.

Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:

— İspanaq, turşəng
Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir. Bundan əlavə kələm, çuğundur, krəviz və çiyələk də oksalatlarla zəngindir.
Davamı →

Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.

Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir.

Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.
Ardı →