Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu

Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin kö­mə­yilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial və­zifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasi­tə­silə iqtisadiyyatın ayrı-ayrı sahələri  və bölmələri üzrə ümumi da­xili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.
Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iqtisadi və sosial xarak­terli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa sözlə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məş­ğul­luq fondlarına ödəmələr vasitəsilə formalaşır.
Davamı →

1.3.1.Büdcə quruluşu və büdcə sistemi

Dövlətin maliyyə-kredit sisteminin təşkilində büdcə sis­te­mi mühüm yer tutur. Büdcə sistemi dedikdə, iqtisadi müna­si­bət­lərə və hüquq normalarına əsaslanan bütün səviy­yəli büd­cə­lərin toplusu nəzərdə tutulur. Büdcə sis­te­minin təşkili və quruluş prinsipləri büdcə quru­lu­şunu təmsil edir.
Müxtəlif ölkələrin büdcə quruluşu onların dövlət quru­luşu, ərazi-inzibati bölgüsü, iqtisadiyyatın inkişaf səviy­yəsi və onun struktur elementləri ilə şərtlənir. Dövlət idarə­etməsinin iki forması məlumdur: unitar və federativ. Unitar dövlətlərdə (Böyük Britaniya, Fransa, Italiya, Yaponiya və başqaları) idarəetmə iki hissədən – mərkəzi və yerli hissələrdən ibarətdir. Fede­ra­tiv dövlətlərdə (ABŞ, Ka­nada, AFR, Isveçrə və baş­qaları) idarəetmə üç his­sədən ibarətdir – mərkəzi, federasiya üzvləri və yerli.


Ardı →