Hansı bürc necə əsəbləşir?

Qoç
Bu adamlar qəzəblənəndə çox təhlükəlidir. Onlar hirslənəndə gah bərkdən qışqırırlar, gah ayaqlarını yerə döyürlər, gah da yumruq davasına çıxırlar. Bu mənzərə hadisələrin gedişatından xəbəri və məsələyə aidiyyəti olmayan insanlara kənardan əyləncəli görünsə də, onlara yaxın olanlar üçün heç də belə deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, Qoçlar tez coşsalar da, tez də soyuyurlar.

Buğa
Buğalar çılğın deyil, lakin onlar nəyəsə hirslənibsə uzun müddət deyinirlər. Belə vaxtlarda onların qarşısına kim çıxsa, hətta günahkar olmasa belə hirsini onun üstünə tökür. Onların qarşısını almaq, demək olar ki, mümkün deyil. Sadəcə seyr edin və deyinib-deyinib sonda yorulub sakitləşməsini gözləyin.
Davamı →