Bədbəxt millət hansıdır ?
Bədbəxt o millətdir ki, dindən, şəriətdən bol, imandan kasaddır.
Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyi taxılın çörəyin yeyir.
Bədbəxt o millətdir ki, talançıları qəhrəman səviyyəsinə yüksəldir, təkəbbürlünü alicənab sayır.
Bədbəxt o millətdir ki, mənsəb sahibləri tülkülər, filosofları hoqqabazlar, sənəti isə təqlid sənətidir
Bədbəxt o millətdir ki, təzə rəhbərlərini " urralarla " qarşılayar, vaxtı gələndə " təpikləyib " salar ki təzə gələni də yenə eyni " təmtəraqla " qarşılasınlar
Bədbəxt o millətdir ki, didim- didim didilib, bölüm- bölüm bölünüb və hər bölüyü hər parçası da özünü millət sayır.
Davamı →