Unudulmuş Röya - Müqəddimə 2

Nəhayət, o, cavab verdi.Və dostu, həm də şəriki olan Edqar Veydermanisin tanış səsini eşitdi:


— Salam, Dronqo.


— Axşamın xeyir.Mənim qayıtdığımı haradan bildin? Sən, Cilə zəng etmişdin?


— Yox.Mən, sadəcə, sənin sürücünə zəng etdim və nə vaxt qayıdacağını öyrəndim.Sən heç əvvəldən sükan arxasında özün oturmağı xoşlamırdın axı.Lenya Krujkov isə sənin üçün STP (tərc.-sürücü-təlimatçı pultu) zalı sifariş etmişdir.


— Mən bunu bilməliydim, — deyə Dronqo narazılıqla qeyd etdi, — deyəsən, mən peşəmi itirməyə başlayıram.Əgər belə getsə, mən sürücümə də, Lenyaya da tapşırmalı olacağam ki, mənim qayıtmağımın vaxtını heç kimə deməsinlər.


— Heç kimə deməzlər, — Edqar incimədi. — Məndən başqa.Onlar bu fikirdədirlər ki, mən sənin hərdən etibar edə biləcəyin yeganə adamam.


— İnciməli bir şey yoxdur.Mən bunu ümumiyyətlə, gələcək üçün deyirəm.


— Mən isə ancaq sən haqda danışıram.


— Bilirəm.Bir şey olmayıb ki?


Ardı →

Unudulmuş Röya - Müqəddimə 1

Adətən, hər şey sükutu pozaraq zamanın axarını başqa məcraya yönəldən telefon zəngi ilə başlayır.Elə bu dəfəki telefon zəngi də onun Moskvaya dönüşünün artıq kiməsə bəlli olmasından xəbər verirdi...


O, Romadan «Aeroflot»un birbaşa reysi ilə uçub gəlmişdi.Ümumiyyətlə, son zamanlarda birdən-birə onun vərdişləri gözlənilməz dəyişikliklərə uğramağa başlamışdı.Əvvəllər o, ancaq «Lüfthanza» ilə Münhen, yaxud Frankfurtdan keçməklə Romaya uçardı.Tanınmış alman aviaşirkətindən başqa o, həm də «Britşayrueyz»ə üz tuturdu, amma axırıncı illər bir nöqtədən digərinə birbaşa yetişməyin xatirinə, digər aviaşirkətlərin xidmətindən də istifadə etməyə başlamışdı.Doğrusu, kəsə yol heç də həmişə rahat olmurdu.Son dəfə avqust «Eyr-Frans»ın Madriddən qalxan təyyarəsi üç saat ləngimişdi.Təyyarə güclü «ləngərlənmə»yə düşdü.Salonda ayaq üstə dayanmaq mümkün deyildi.O, qalxmağa cəhd edərkən, hətta az qaldı ki, yıxılsın.Yanında sərnişinlər ağlayaraq şivən qoparırdılar.Bəziləri dua edirdi.Madrid-Paris reysi bu səbəbdən ona inanılmaz dərəcədə uzun göründü, nəhayət, yerə enən zaman məlum oldu ki, onun çamadanı itmişdir.Çamadanı bir neçə gündən sonra tapdılar, amma bu səyahətin xoşagəlməz təəssüratları bir qədər uzun sürdü.


Ardı →