Qadın-kişi bərabərsizliyi

Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər.


Ardı →