Oskar bəxtsizləri

Film tarixinə nəzər yetirdikdə görürsən ki, elə filmlər var ki, çox uğurlu olsalar da ən nüfuzlu film mükafatı sayılan «Oskar»ın hər hansı bir nominasiyasında layiq olduğu mükafatı ala bilməyib. Bu yazıda siz  məhz belə filmlərdən bir neçəsini tanıya biləcəksiniz. 

Şouşendən qaçış (The Shawshank Redemption) — Bu filmi Oskarın ən bəxtsiz nominantı adlandıra bilərik. 1994-cü ildə Oskara üç real namizəd var idi: «Forrest Qamp»(Forrest Gump), «Kriminal qiraət»(Pulp Fiction) və "Şouşendən qaçış". Amansız mübarizədə «Forrest Qamp» rəqiblərinə şans vermədi. Bununla belə hər üç film ayrı-ayrı illərdə nominant olsaydılar, mümkün bütün kateqoriyalar üzrə qalib ola bilərdilər. 
Ardı →