Mirvari haqqında bilmədikləriniz

Əslində istənilən bir balıqqulağının içərisində yaşayan molyusk mirvari yaradaraq, onu böyüdə bilər, amma sədəf mirvariyə təbiətdə çox nadir hallarda rast gəlinir. Məsələ ondadır ki, belə bir mirvarinin yaranması üçün kənardan-hər hansı bir qıcıqlandırıcı (qum dənəsi, parazit və s) müdaxiləsi zəruridir, həmin kənar maddəni molyusk canlı şəkildə sədəf mirvarinin içinə məhbus edir. Zərif sədəf pərdələr, bir birinin üstünə çəkilərək, lay-lay yığılır və bunun nəticəsində gözəl bir inci- mirvari yaranır. Olduqca maraqlı müdafiə mexanizmidir.


Davamı →

Ayaqqabı qutularından möhtəşəm dizaynlar

Bəzən tulladığımız, evdə yer tutuduğunu bildiyimiz əşyalar karımıza gələ bilər. Özümüzə və uşaqlarımıza lazım olan bəzi əşyalara, oyuncaqlara pul verib almağa adət etmişik. Halbuki, elə bir əşya yoxdur ki,  onun istifadə müddəti bitdikdən sonra da insan onu  «təkrar emal edib» yenidən istifadə etməyi lazım bilməsin. Bunun üçün bir az təxəyyül gücümüz, bir az həvəsimiz, bir az da bacarıq və istəyimiz olmalıdır. Tullantılardan nələr etmək olar? Bunu özümüz bilmiriksə, biləndən öyrənməyimiz də eyib olmaz.

1. Xüsusilə ev xanımlarını rahatlaşdıracaq "Özün düzəlt!" dizaynı. Bəzəmək üçün istifadə etdiyiniz lentləri bir yerdə saxlamaq üçün.

Davamı →