Bağayarpağı

Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.

1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır. Bağayarpağının yarpaqları yay aylarında yığılır.
Davamı →

Bağayarpağı

  • Flora
Bağayarpağı bitkisinin faydaları barədə bütün tibbi kitablarda əlyazmalara rast gəlinir. Onun yarpaqlarından alınan şirə yaraları sağaltmaq qabiliyyətinə malikdir. Bu səbəbdən də ondan həm xalq təbabətində, həm də müasir tibb sənayesində istifadə edilir.

1. Bağayarpağı şirəsi yaraları sağaltdığına görə ondan dəridə əmələ gələn kəsiklərin müalicəsində və ağcaqanad, ilan sancan yara yerlərinin sağalmasında istifadə edilir.

2. Bağayarpağı şirəsi dəridəki infeksiya və zəhərlənmə əlamtlərini aradan qaldırır.

3. Toxumlarının dəmləməsi orqanizmdə olan iltihabi proseslərin sağalmasınaa yardım edir.
Davamı →

Bağayarpağı

  • Flora

Azərbaycanda yabanı halda bitən bağayarpağının 13 növü vardır ki, onlardan 7-si təbabətdə işlədilir. Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. O, qiymətli bitkilərdən biri hesab olunaraq, xalq təbabətində geniş tətbiq olunur. Onun yarpaqlarının tərkibində xolin, kalium, kalsium duzları, selik, yağ və zülali maddələr var, bütün növlərinin təzə yerüstü hissəsi fitonsid və bakterisid xüsusiyyətlərə, tərkibindəki selik bakteriyaları udmaq qabiliyyətinə malikdir.
Əsasən böyük bağayarpağının yarpaqlarından hazırlanan dəmləmə və ekstraktlardan yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə olunur.


Ardı →