Miqrenlə mübarizə aparan qidalar

Əncir
Əncir, iltihabı azaltmağa və baş ağrılarını azaltmağa kömək edən potasiumlə zəngindir.

Avokado
Avokado miqrenlər mübarizə aparır. Antioksidantlarla zəngin olan avokado, şiddətli baş ağrısının qarşısını alır. 

Şirin kartof
Şirin kartof sadəcə ləzzətli deyil, eyni zamanda miqrenlə mübarizə aparmağa kömək edir. C vitamini və B1 vitamini baxımından zəngindir. Baş ağrılarından əziyyət çəkənlər şirin kartof yeyərək ağrını azalda bilər.


Davamı →

Kişi miqreni

Klaster baş ağrıları əksər hallarda (təxminən 80%) kişilərdə müşahidə olunur.
Bu səbəbdən bu ağrıların digər adı “kişi miqreni”dir. Klaster baş ağrıları intensivliyinə görə dünyada ən güclü ağrlardan biri sayılır. Nadir hallarda olsa da belə ağrılardan əziyyət çəkən insanlar özünə xəsarət yetirir (başını divara vurur, başına hər hansı əşya ilə zərbələr vurur və s.) və hətta intihar edirlər.
Klaster baş ağrılarından adətən 20-50 yaşları arasında kişilər əziyyət çəkir.

Davamı →

Səhərlər baş ağrısının 8 səbəbi

Adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq. Bunun səbəbi nə ola bilər?

Yuxusuzluqdur. Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.

Həddindən artıq yatmaq. Bu da səhər baş ağrılarına səbəb ola bilər.

Davamı →

Baş ağrısını azaldan qeyri-adi üsul

Baş ağrılarından xilas olunmaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edir — ağrıkəsici həblər, xalq təbabəti vasitələri, massaj və s. Sizə baş ağrılarını azaldan qeyri-adi üsul haqqında məlumatı təqdim edirik.

İnsanın əllərində (xüsusilə ovuclarında) çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrin insanın bütün orqan və sistemləri ilə sız əlaqəsi var. Bioloji aktiv nöqtələrə təsir etməklə bir çox ağrılardan və s. pozulmalardan xilas olunmaq mümkündür.

Davamı →

Baş ağrısına səbəb olan 5 qida

Statistika göstərir ki, dünyada yaşayan insanların 30%-i tez-tez təkrarlanan baş ağrılarından əziyyət çəkir. Maraqlıdır ki, bəzi məhsullar baş ağrılarına səbəb ola bilər. Miqren və xroniki baş ağrılarından əziyyət çəkən insanlar bu məhsullardan mümkün qədər çəkinməlidir.

Bu məhsullar arasında:

Pendir
Pendirin tərkibində «tiramin» adlı maddə var. Orqanizmə çoxlu miqdarda daxil olduqda bu maddə baş ağrılarına səbəb ola bilər.
Davamı →

Başgicəllənmənin səbəbləri

İnsanların əksəriyyəti bu halla tanışdır.
Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə «həqiqi baçgicəllənmə» (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.
Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.
Davamı →

Baş ağrılarının əllə müalicəsi

Tez-tez təkrarlanan baş ağrıları asan bir şəkildə müalicə edilə bilər. Bu müalicə üsullarından biri əllə müalicədir. Miqren və ya gərginlik  daha çox baş ağrılarına təsir edir. Bu baxımdan masaj və manipulyasiya etdirmək  lazımdır.

Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklər üçün profilaktik tədbir görmək olur. Həmçinin əzələlərin qısalması və ifliclər zamanı əllə müalicə lazımdır.

Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər.

Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütəxəssislər əminliklə qeyd etmişlər.


Ardı →

Xalq təbabəti ilə baş ağrılarının müalicəsi

Hər bir insan həyatında baş ağrıları ilə üzləşir. Bir çox hallarda belə baş ağrıları heç bir ciddi xəstəliklərə işarə etmir və fiziki, əqli yorğunluqdan, stresdən, gərginlikdən əmələ gəlir.

Lakin tez-tez təkrarlanan baş ağrıları müxtəlif və bəzən çox təhlükəli xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən əgər sız tez-tez təkrarlanan baş ağrılardan əziyyət çəkirsinizsə, mütləq həkimə müraciət edin.

Xalq təbabəti baş ağrıları ilə mübarizədə müxtəlif və çox təsirli vasitələr təqdim edir.

Bu vasitələrin arasında:
— Limonu soyun, qabığın içərisində olan ağ təbəqəni xaric edin və limon qabığını gicgahlarınıza qoyun. Başınızı yumşaq yun şərflə bağlayın və uzanın.
Davamı →

Baş gicəllənməsinin təbii müalicəsi

Bir çox insanların həyatında bu və ya digər səbəbdən baş gicəllənmələr olur.

Bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır. Ona laqeyd yanaşmaq olmaz. Baş ağrıları və ya baş gicəllənmələri fərqli səbəblərdən əmələ gəlir və onların sağlamlıq üçün təhlükə dərəcələri də müxtəlif olur. Baş gicəllənmələri requlyar xarakter aldığı zaman həkimə müraciət etmək vacib hal alır.

Baş gicəllənməsinin müalicəsi, xəstənin baş dönməsinin səbəbinə bağlıdır. Bu təhlükəli xəstəliyin ilkin əlaməti ola bilər. Baş gicəllənməsinin sadə müalicəsinə lazımi preparatlardan və prosedurlardan əlavə evdə bol maye, su qəbul etmək, düzgün qidalanmaq və istirahət daxildir.

Gərgin baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə müalicə oluna bilər. Bu ağrıların əsas səbəblərindən biri də stressdir. Baş ağrılarından və baş gicəllənməsindən ancaq stressi həyatınızdan çıxartmaqla qurtula bilərsiz. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələr də sizə kömək edir. Həmçinin təbii bitki yağları, gül vannaları, aromaterapiya yağları ilə edilən masajların faydası çoxdur.
Davamı →

Miqren

Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. iqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir. Amerkanların verdiyi statistikaya əsasən qadınların 17%-i, kişilərinsə 6%-i miqren tipli baş ağrıları keçirirlər.
Bəzi hallarda miqren tipli baş ağrıları aura adlanan hallardan sonra meydana çıxır. Bunlara göz qarşısında qara nöqtələrin üçüşması, işiq saçması kimi halları misal gətirmək olar.


Ardı →