Yenidən başlamaq

Özünüzü, sizə verilən rolu oynayan kiçik bir oyunçu kimimi hiss edirsiniz? Bir zamanlar xəyalını qurduğunuz həyatın uzağına sovrulduğunuzumu düşünürsünüz? Unutmayın, neçə yaşında və hansı vəziyyətdə olursanız olun, arzu etdiyiniz həyatı reallaşdırmaq üçün gecikmiş sayılmazsınız.Sizin üçün mənalı və xoşbəxt bir həyatın başlanğıcı olmasını istəyirsinizsə  bu ipuclarına nəzər salın.

• Həyatınızdakı əskiklikləri, problemlərinizin qaynağını qavrayın.
Həyatınızı, başqasının həyatı üzərinə düşünürmüş kimi nəzərdən keçirin. Bir mənada həyatınızla özünüz arasına məsafə qoyaraq ona çöldən baxın. Zaman zaman dostlarımız bizə dərdlərini açdıqlarında özümüzü onların yerinə qoyduğumuz olar. Bu səfər başqasını özünüz yerinə qoyun. Məsələn bu həyatı yaşayan siz deyil də, ən yaxın dostunuz olsun. Sizcə onun xoşbəxt, mənalı bir həyat yaşamasının önündəki maneələr nədir? Problemlərinə öz seçimi ya da səhvlərimi səbəb olmuş? Bu, kiçik dəyişikliklərlə asanca həll edə biləcəyi bir şeymi, yoxsa problemlərinin öhdəsindən gəlmək və həyatını dəyişdirmək üçün uzun vədəli planlaramı ehtiyacı var? Okeanda üzən balıq kimi, özümüzü geniş bir perspektivdən görə bilmərik. Başqasını özünüz yerinə qoyaraq problem və çıxmazlarınızı daha geniş bir dünyagörüşüylə görə bilərsiniz.


Ardı →