Ayaqqabı qutularından möhtəşəm dizaynlar

Bəzən tulladığımız, evdə yer tutuduğunu bildiyimiz əşyalar karımıza gələ bilər. Özümüzə və uşaqlarımıza lazım olan bəzi əşyalara, oyuncaqlara pul verib almağa adət etmişik. Halbuki, elə bir əşya yoxdur ki,  onun istifadə müddəti bitdikdən sonra da insan onu  «təkrar emal edib» yenidən istifadə etməyi lazım bilməsin. Bunun üçün bir az təxəyyül gücümüz, bir az həvəsimiz, bir az da bacarıq və istəyimiz olmalıdır. Tullantılardan nələr etmək olar? Bunu özümüz bilmiriksə, biləndən öyrənməyimiz də eyib olmaz.

1. Xüsusilə ev xanımlarını rahatlaşdıracaq "Özün düzəlt!" dizaynı. Bəzəmək üçün istifadə etdiyiniz lentləri bir yerdə saxlamaq üçün.

Davamı →

Budaqlardan çərçivə

Son zamanlar rustik dekorasiya parçaları yenidən dəbdədir. Modern dekorlardan çox istifadə olunsa da, bu il ev dekorasiyalarında təbiətə qayıdış təklif olunur. Siz də evinizə rustik detallar qatmak istəyirsinizsə, budaqlardan çərçivə düzəltmək tam sizə görədir. 

Ləvazimatlar:
Taxta şəkil çərçivəsi
Nazik budaqlar
Qəhvəyi rəngli akrilik boya
Fırça Yapışdırıcı
Süni çiçəklər
Davamı →

Zərif yaxalıq

Əziz xanımlar, bu gün sizə geyimlərinizin yaxa hissəsini daha da eleqant göstərən yaxalığın hazırlanma qaydasını təqdim edirəm. Hazırlanması sadə olsa da görünüşü ilə hamınızın zövqünü oxşayacağına əminəm. Buyurun, izləyə bilərsiniz.

Ardı →

Bantın hazırlanması


Bu dəfə də sizə ev şəraitində bantın hazırlanma qaydasını göstərəcəm. Hazırlayacağınız bantı hədiyyə qutularının üzərinə yapışdıra bilərsiniz. Əgər bir az böyük ölçüdə hazırlamaq istəyirsinizsə, barmaqlarınıza da dolayıb hazırlaya bilərsiniz.
Ardı →

Rənarəng səbətlər

Bu dəfə siz göyqurşağının yeddi rəngində gözəl səbətlər toxumağı öyrənəcəksiniz. Bu səbətlər saxlama qabı kimi çox əlverişlidir, həmçinin, balacalara rənglər və formaları öyrətmək üçün də əla vasitədir!

Onlar bütün səbətləri bir-birinin içinə necə yerləşdirməklə məşğul olacaqlar.
Sizə aşağıdakılar lazım olacaq:
İplik — göyqurşağı rənglərində (qırmızı, narıncı, sarı, yaşıl, mavı, tünd-qırmızı, bənövşəyi)
Toxumaq üçün mil
Tikmək üçün tikiş iynəsi
Qayçı Sancaq

Ardı →

Hamam xalçası

Bunu etmək olduqca asandır: sadəcə olaraq xalçanızın hansı ölçüdə olmasını istədiyinizi müəyyənləşdirin və təxmini eyni ölçülü nazik parçalardan laylar kəsin. Bunu siz hətta uşaqlarınızla da edə bilərsiniz.

Mişel Kaufmanın videosuna diqqətlə baxın. Bu videoda xalçanı necə düzəltmək mərhələlərlə göstərilir. Hamam xalçası üçün yuyulmaya davamlı və tez quruyan parçadan istifadə edin. Hamam və ya istənilən digər yerlər üçün xalça hazırlayarkən tez korlanan parçalardan istifadə etməyin.
Ardı →

Dehlia çələngi

Bu yaradıcılıq nümunəsi əsasən qışı sevməyənlər üçündür. Daim evinizdə yaz abu-havası yaratmaq istəyirsinizsə, bu əsl sizin üçündür. Əminik ki, bu sadə və gözəl nümunə hamı üçün asan olacaq. Gülün hazırlanma forması və təbii ki, istifadə edəcəyiniz rəngli kağızların rəngləri sizin istəyiniz və fantaziyanızdan asılıdır.

Ardı →