Düymələrlə bəzəyin

Düymələr- dərzilik peşəsinin əvəzolunmaz tərkib hissəsi. Siz nə vaxtsa onları başqa formada istifadə etməyi düşünmüsünüzmü? Bu məqalədə, siz düymələrdən istifadə etməyin yeni üsullarını görəcəksiniz. Onları çərçivəyə, pərdəyə və hətta lampaya yapışdırın… canlandırmaq istədiyiniz istənilən bir yerə! Sadəcə ürəkli olun və yaradıcılığınızı işə salın.

Ardı →

Təbii otaq ətirləri

Bəzən insanlar evlərində arzu etdikləri rahatlığı əldə etmək üçün həddindən artıq çox vaxt sərf etməli olurlar. Bu günün tələbi isə dəbdəbəli dizayn yox insanın özünü rahat hiss edəcəyi, şəxsi və xoş rayihəli bir küncünün olmasıdır. Bu istiqamətdə ata biləcəyiniz addımlar isə olduqca sadədir. Bunun üçün lazım olan yeganə şey bir neçə bankadır. Bir neçə dəqiqə ərzində isə evinizi gözəl ətir bürüyəcəkdir.

Lazım olan ləvazimatlar:

Meyvə səbəti
Mason bankalar
Su
Şam
Soyuducu

Bütün komponentləri, yəni, meyvə, bitki və ədviyyələri mason bankasına tökün və ¾ düyüm boş saxlamaqla üzərinə su əlavə edin. Qapağı bağladıqdan sonra bankaları 1-2 həftəlik soyuducuya qoyun.

Bu mərhələni bitirdikdən sonra, qapağı götürün. Lent və ya hədiyyə yarlığı taxmaqla əl işinizi gözəl hədiyyəyə çevirə bilərsiniz. Üstdən qoyulmuş şam romantik görünüş yaradacaqdır. Xoş ətir saçan alma, darçın və limon qoxusundan isə danışmağa yəqin ki, ehtiyac yoxdur!
Davamı →

Kreativ şam qabı


Sizə lazım olacaq ləvazimatlar:
kiçik şüşə toplar, CD və yapışqan. Nəticə çox gözəl olacaq və xoş təəssürat yaradacaq, çünki şam/lampa işıqları topların üzərinə düşərək parıldayacaq!
Ardı →

Körpə başmaqlarının toxunması

Siz körpələrinizin sevərək geyinəcəkləri başmaqlar toxuya bilərsiniz. Bunun üçün lazım olacaq: 2 rəngdə yumşaq ip, bəzək vermək üçün yumşaq yun, toxumaq üçün mil. Və indi gəlin toxumağa başlayaq. Aşağıdakı videonu izləyərək mərhələlərlə tanış ola bilərsiniz. Beləliklə bütün etməli olduğunuz ləvazimatları almaq və körpəniz üçün bir cüt başmaq toxumaqdır.

Ardı →

Səbətşəkilli çörək

Səbət şəklində çörək hazırlamaq üçün ilk öncə xəmir hazırlamaq lazımdır. Qarışdırma qabına un, maya, şəkər və duz əlavə edilir. 1 dəqiqə ərzində qarışdırılır. Sonra su və yumurta da qatılır, qarışdırılır. Yağ əlavə edilir. Təxminən 10 dəqiqə ərzində yumşaq bir xəmir əldə edənəcən yoğrulur.
Ardı →

Rəngarəng boyunbağı

Xanım oxucularımızın bəyənəcəyi kreativ əl işini sizə təqdim edirik. Əziz xanımlar, sizə rəngli karandaşlardan necə dəbli boyunbağı hazırlamağı göstərəcəyik.
Bu işdə sizə karandaş (müxtəlif rənglərdə), ülgüc, drel və sap lazım olacaq. İlk növbədə işə rəngli karandaşlar əldə etməklə başlayın. Sonra karandaşın aşağı hissəsini ülgüclə istədiyiniz qalınlıqda kəsin. 
Ardı →