Teleqoniya

Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də ayağı sürüşkən qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.


Ardı →

Ölüm janrında həyat

… İndiyədək, həyat yoldaşını döyən kişilərə ikrah hissi ilə baxmışdı. Hətta, çox şeydə nümunə götürdüyü atasına da. Və daim də düşünürdü ki, o belə olmayacaq. Onun ailə həyatı elə ideal keçəcəkdi ki, yaşayacağı ən pis şey bir neçə dəqiqəlik mübahisə olacaqdı. O da ki, döymək-söymək olmadan. Ayda-ildə bir dəfə...
....Əlbəttə! Axı, sevdiyi-sevildiyi birisi ilə ailə qurmuşdu! Bəs, onda necə oldu ki… Beynində dolaşan fikirlərə aydınlıq gətirmək və bir-birinin ardınca doğulan suallara cavab tapmağa çalışırdı ki… Pəncərəni döyəcləyən yağışın tıqqıltısından, buludların gurultusundan da çox qulaqlarını dələn, vicdanını közərdən hönkürtü və hıçqırtı səsləri onu həyata qaytarırdı. Bu dəqiqə, gözüyumulu ölümlə dəyişməyə belə hazır olduğu gerçək həyatına.
Ardı →