Güclü və sağlam saçlara sahib olmağın yolları - Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek

Sağlam və baxımlı saçlar üçün soyuq aylarda saçlarınızına daha çox diqqət göstərməlisiniz. Budur saç baxımınızda diqqət yetirməniz lazım olanlar məqamlar ...

Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek mövzu ilə əlaqədar maraqlı məlumatlar verir.

Qış aylarında hava çox quru olduğu üçün saçlara daha çox diqqət göstərilməsinin lazımlı olduğunu vurğulayan Ata Nejat Ertek bildirir ki, «Tez-tez yumaq saçı qurudar, icələrək qırılmasına səbəb olur. Saçları 3 gündə bir yumaq böyük şəhərlərin çirkli havası səbəbi ilə məcburidir. Saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq su istifadə edin, çünki sağlam saçlar üçün saçınızı ilıq su ilə yumağınız faydalıdır».

Saçı kip şəkildə yığmaq qopmasına səbəb olur.


Ardı →

Ən təhlükəli 7 ev əşyası

Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar. Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...

1. Siyahıda birinci yeri demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələr tutur. Bu lövhədə aşkar olunan mkrobların sayı unitaz oturacağından 200 dəfə çoxdur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır. Bundan əlavə isə toyuq, ət, balıq, bişmiş tərəvəz, meyvə və çörək üçün ayrı lövhələrdən istifadə etməniz məsləhət görülür.



Ardı →

Dəniz dibindəki elektrik axınlarının mənbəyi

Elm adamları 3 il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub.

Elm adamları elektrikli bakteriyanın üzvi elektronika sahəsində yeniliyə səbəb olacağını, hətta insan bədəninə nəql edilən protezlərin təkmilləşdirilməsinə imkan verəcəyini bildiriblər.


Ardı →

Qızıl istehsal edən bakteriyalar

ABŞ-dakı Miçiqan Universitetinin mikrobiologiya və molekulyar genetika fakültəsinin əməkdaşı, professor Kazım Kaşefi ilə elektronika fakültəsinin professoru Adam Braun hazırladıqları kompakt laboratoriyada «Cupriavidus metallidurans» adlı bakteriya ilə təbiətdə olan zəhərli kimyəvi turşu, heç bir maddi dəyəri olmayan qızıl xloridini bir araya gətirərək qarışdırıblar.
Ardı →

Disbakterioz

Disbakterioz özünü allergiya, aclıq hissi, qıcqırma, diareya, qəbizlik, artıq çəki, baş ağrıları, depressiya və s. kimi əlamət və simptomlarla biruzə verir.
Disbakterioz zamanı bağırsaqda Candida cinsindən olan şərti-patogen göbələklər aktiv çoxalmağa başlayır.O, öz maya formasından göbələk formasına çevrilir.Bu formada kökəbənzər uzun substansiyalar inkişaf edir və həzm traktının selikli qişasının daxilinə keçir.Bunun nəticəsində həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və sonadək həzm olunmamış zülallar qana keçərək immun sisteminə təsir göstərir.Göstərilən səbəblər immun sistemini çoxlu miqdarda antitel sintez etməyə vadar edir.Bunun nəticəsində müxtəlif tip allergiyalar inkişaf edir.
Ardı →