Balıqlar bürcü haqqinda ♓

Balıqlar bürcü altında doğulan insanlar — düşüncəli, təxəyyülə malik, eyni zamanda qətiyyətsiz, dəyişikliklərə meylli və reallıqdan ayrılmış olurlar. Bu bürclə Yupiter və Neptun planetləri bilavasitə əlaqədardır, lakin onlardan heç biri praktik işlərə öz enerjilərini ayırmırlar; hər ikisi təxəyyülün genişləndirilməsi ilə bağlıdır və Balıqlara öz hisslərini sərbəst şəkildə ifadə etmək imkanı verirlər. Heç də təəccüblü deyildir ki, Balıqlarla müqayisədə digər bürclər darıxdırıcı və borc hissi ilə həddən artıq bağlı görünürlər.Balıqların fəallığı reaktivdir; başqa sözlə, onlar yalnız yaranan effektə cavab olaraq hərəkət edirlər və heç vaxt ilk addımı atmırlar. Yüksək kövrəklikləri onları emosional cəhətdən çox yaralı insan edir.

Suyun digər iki bürcü (Xərçəng və Əqrəb) adlarını daşıdıqları heyvanlar kimi özlərinə möhkəm zahiri zireh düzəldiblər; bəs Balıqlar nə edə bilər? Əlbəttə, yalnız üzüb getmək qalır. Diskomforta, rahatsızlığa qarşı onların müdafiəsi qaçışdır. Balıqlar barədə çox vaxt belə deyirlər ki, onlar məsuliyyətdən qaçır və çətin şəraitdə aradan çıxırlar. Lakin onlar bunu yalnız təzyiqdən yaxa qurtarmaq üçün edirlər. Balıqlar kimi, hissiyyatlı və kövrək insanlar üçün hər hansı bir növ emosional təzyiq hətta fiziki ağrı da doğura bilər.


Davamı →

Balıqlar bürcünün xarakteri

Ulduzlar sistemində sonuncu — yəni 12-ci yeri tutan Balıqlar bürcü bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır. 
Bu bürcü əmələ gətirən ulduzlar Göy qübbəsinin 900 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibində adi gözlə görünən 75-ə qədər ulduz var. Lakin «Sutökən»də olduğu kimi bu bürcdə də heç bir parlaq ulduz yoxdur. «Balıqlar»ın tutduğu sahə demək olar ki, səmanın bütünlüklə şimal yarımkürəsini əhatə edir.
Bu zodiakın ulduzlar sistemindəki təsvir pozası olduqca maraqlıdır: balıqların hər ikisi bir-birinə «bağlanıb» və sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar. Onlardan biri yuxarı — Göy qübbəsinin cənub yarımkürəsinə üz tutub, digəri isə ağzını «Sutökən»in dolçasından axan suya yönəldib.
Davamı →

Balıqlar bürcü

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.


Ardı →

Balıqlar (19 fevral-20 mart)

Su işarəsidir. Yupiter və Neptunun himayəsi altındadır. Xarakteri əsrarəngizdir. İncə intuisiyası vardır. BALIQLARA Neptun daim narahatlıq keçirmək, öz özlərinə qarşı mübarizə aparmaq kimi təzadlar gətirir, Yupiter isə uğurlu tale və müdriklik bəxş edir. Zahirən sakit olmalarına baxmayaraq, BALIQLAR bu ziddiyyətli təsir altında tez-tez ruhən əzab çəkir, narahatlıq və sıxıntı keçirirlər. BALIQLAR həm də humanizm və fədakarlıq rəmzidir. Mənən zərifdirlər, ağılları itidir, çox şeyə şəkk gətirirlər. BALIQLARDA intuisiya məntiqdən güclüdür, onlar öz istedadlarını həmişə dərk etmədikləri halda, uzağı görmək bacarığı ilə ətrafdakı adamları heyran qoyurlar.
Ardı →

Balıqlar bürcü

Baharın gəlişi Günəşin BALIQLAR bürcünə daxil olması ilə əlamətdardır. BALIQLAR bürcü hələ Qədim Şərqdə məlum idi. Əfsanələrdən birində deyilirdi ki, gözəllik ilahəsi Afrodita və onun oğlu Erot öldürülməmək üçün çaya atılmış və dönüb balıq olmuşlar.
Qədim yunan astronomları göydə iki xəyali balıq görürdülər. Bunlar şimalda Erot, cənubda Afrodita idi.
Yaxın Şərq məbədlərində lap qədim vaxtlardan BALIQLAR üçün hovuzlar düzəldirdilər. Babillilər isə balıqda yalnız qüvvət və müdriklik deyil, həm də adamlara şəfa vermək qabiliyyəti görürdülər. Balıq fiqurlarından şəfaverici sehrlərdə istifadə olunurdu.


Ardı →