Bal

Bal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır.bal

Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl «min bir dərdin dərmanı»dır.

Balın 60-dan artıq növü var. Bütün bal növləri faydalı sayılır.

Bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.

Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Bal təbii immunostimulyatordur  — o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.


Ardı →

Bal

Mənim səkkiz yaşında bir qızım və beş yaşında bir oğlum var. Onlar nə vaxt dəcəllik etsələr (üstəlik kifayət qədər məsum bir şəkildə), ağlıma qayınanamdan aldığım bir dərs gəlir...
Bayram günlərindən birində yenə bütün uşaqları və nəvələri qayınanamın başına yığışmışdılar. Qayınanam eyni xalçanı 25 il istifadə etdikdən sonra bayramdan bir neçə gün əvvəl evinə yeni bir xalça almışdı. Doğrudan da, yeni xalça qayınanamın evinə çox yaraşmışdı… Hamı öz hədiyyəsini təqdim etdikdən sonra növbə uşaqlarımın əmisinə çatdı. O, uşaqlara öz arı pətəklərindən bal gətirmişdi. Uşaqlar hamısı çox həyəcanlı idi. Hərə öz «hədiyyəsini» aldıqdan sonra səkkiz yaşlı qızım əlindəki balı həvəslə otağına apardı. Ancaq necə oldusa, yolda balı əlindən salaraq yeni xalçanın üstünə dağıtdı. Bunu görən qızım bir az qorxu, bir az da həyəcanla: «Nənə, mən bütün balımı sənin yeni xalçanın üstünə dağıtdım», — dedi. Qayınanam əvvəlcə aşağı əyildi, sonra da qızımın ağlamaqdan şişmiş gözlərinin içinə baxaraq: «Ağlama qızım, biz əmindən yenə bal istəyərik», — dedi...
Davamı →

Bal alarkən nəyə fikir verməli?

Balın  spesifik iyi və xoş  dadı olmalıdır. Əgər o, həddindən artıq ağdırsa, onun qənddən hazırlanmasına şübhə ola bilər. Əgər o, tünddürsə, süni də ola bilər. Əgər balın rəngi tünd, ətiri zəif, karamel dadı verirsə, deməli, əridilmişdir. 200S və yüksək temperaturda bal qaşığa sap kimi sarınmış olur. Əgər bal çox durudursa, onda deməli, hələ tam yetkin deyil, tərkibində su çoxdur. Belə bal qaşığa sarılmayacaq, qaşıqdan axacaq. Əgər bal qışda maye halında olarsa, onda güman etmək olar ki, o, odda əridilib.

Səthində köpüyün olması, turşməzə iy və yanmış dad balda qıcqırma nın əlamətlərini göstərir.
Yadda saxlamaq lazımdır ki, yol qırağında satılan balın tərkibində qurğuşun və digər zərərli maddələr ola bilər ki, bunlar bitkilərə tullantı qazlarından düşmüş olur. Yüksək temperatur və birbaşa düşən günəş şüaları bala məhvedici təsir göstərir.
Balın kəskin iyli yerlərdə (balıq, pendir, turşuyyat) saxlandıqda həmin qoxunu özünə çəkir.

Balın kimyəvi tərkibindəki faydalı maddələr onun mənbəyi ilə, yetkinliyi və ilin mövsümü ilə  əlaqədar dəyişə bilər.
Balın tərkibində qlükoza, fruktoza, saxaroza, su, zülali maddələr, azotlu maddələr, fermentlər, fermentlər, üzvi turşular, 30 adda mineral maddələr, vitaminlər (B1,B2, B3, B5, E, K, C) müşahidə olunur.
Balın zəngin kimyəvi tərkibi onu tamamilə müxtəlif, bir-birindən fərqli xəstəliklər zamanı ən qiymətli müalicə vasitəsi kimi müvəffəqiyyətlə işlətməyə imkan verir.

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Davamı →

Arı məhsulu-BAL

Bal arı ailəsinin nektarı və nektara bənzər maddələrin əsaslı emalı yolu ilə yaranır.Arıların çinədanında nektar onun bala çevrilməsində vacib əhəmiyyətli olan və arıların xüsusi vəzilərində yaranan fermentlərlə zənginləşir.Mum şanılarda nektar əlavə emal olunaraq bala çevrilir və saxlanılır.Rütubət və irklənmədən qorumaq üçün bal doldurulduqdan sonra hücrələr mum qapaqlarla bağlanır(möhürlənir).
Balın tərkibində demək olar ki,bütün mikroelementlər var və onun tərkibi insanın qan plazmasına bənzəyir.
Balın tərkibinə ən mühüm fermentlər daxildir:amilaza,katalaza,fosfataza.Tərkibində fitonsidlərin olması sayəsində bal mikrobları öldürmək təsirinə malikdir.Onun tərkibi B qrupu vitaminləri,riboflavin,piridoksid,pandoten turşusu,nikotin turşusu,biotin,foliy turşusu və K vitamini,həmçinin askorbin turşusu(vitamin C)var.
Ürək-damar xəstəliklərinin profilaktikasında balın rolunu tədqiq edərkən qeyd edilmişdirki,o, qanın reoloji xəstəliklərini (qatılığı azaldır) və lipid mübadilə göstəricilərini təkmilləşdirir.Arterial təzyiqi sabitləşdirir,çalışqanlığı artırır.Balda həmçinin təbii antibiotiklər tapılıb ki,bu da onun xəstəliklər törədən mikroflora ilə mübarizədə əhəmiyyətini göstərir.
Balın özünəməxsus zülal tərkibi var:100qr balda 0.5-15% proteinlər və 0.6-5000mq. aminoturşular var.
Balın bioloji fəallığını itirməsi 45-50C dərəcədən artıq qızdırıldıqda,həmçinin qurğuşun və civənin təsiri ilə baş verir (avtomobil yollarının yaxınlığında çökən benzin buxarlarından). Vitamin C saxta balda yoxdur.
Digər karbohidratlarla müqayisədə bal şübhəsiz üstünlüklərə malikdir:enerji itkilərini qısa zamanda bərpa edir,sakitləşdirici təsirə malikdir,tarazlaşdırılmış miqdarda mikro və makro elementlər,vitaminlər,fermentlər,aminoturşular,bakterisid və aromatik maddələr var.Böyrəklər daxil olmaqla ifrazedici sistem vasitəsiylə asan təmizlənir,həzm yolunun qıcıqlanmasına səbəb olmur.Bal əzələ hüceyrələri tərəfindən çox gözəl mənimsənir,əzələ tonusuna kömək edir.
Tərkibində dəmir,maqnezium və foliy turşusu olduğu üçün balın köməyi ilə uşaqlarda hemoqlabinin tərkibini artırmaq olar.Bal dişlərin çıxmasına kömək edir,əsəbi uşaqları sakitləşdirir,lazımi çəkini artırmağa yardımçı olur.
Davamı →