Balıqlar bürcü haqqinda ♓

Balıqlar bürcü altında doğulan insanlar — düşüncəli, təxəyyülə malik, eyni zamanda qətiyyətsiz, dəyişikliklərə meylli və reallıqdan ayrılmış olurlar. Bu bürclə Yupiter və Neptun planetləri bilavasitə əlaqədardır, lakin onlardan heç biri praktik işlərə öz enerjilərini ayırmırlar; hər ikisi təxəyyülün genişləndirilməsi ilə bağlıdır və Balıqlara öz hisslərini sərbəst şəkildə ifadə etmək imkanı verirlər. Heç də təəccüblü deyildir ki, Balıqlarla müqayisədə digər bürclər darıxdırıcı və borc hissi ilə həddən artıq bağlı görünürlər.Balıqların fəallığı reaktivdir; başqa sözlə, onlar yalnız yaranan effektə cavab olaraq hərəkət edirlər və heç vaxt ilk addımı atmırlar. Yüksək kövrəklikləri onları emosional cəhətdən çox yaralı insan edir.

Suyun digər iki bürcü (Xərçəng və Əqrəb) adlarını daşıdıqları heyvanlar kimi özlərinə möhkəm zahiri zireh düzəldiblər; bəs Balıqlar nə edə bilər? Əlbəttə, yalnız üzüb getmək qalır. Diskomforta, rahatsızlığa qarşı onların müdafiəsi qaçışdır. Balıqlar barədə çox vaxt belə deyirlər ki, onlar məsuliyyətdən qaçır və çətin şəraitdə aradan çıxırlar. Lakin onlar bunu yalnız təzyiqdən yaxa qurtarmaq üçün edirlər. Balıqlar kimi, hissiyyatlı və kövrək insanlar üçün hər hansı bir növ emosional təzyiq hətta fiziki ağrı da doğura bilər.


Davamı →

Balıqlar bürcünün xarakteri

Ulduzlar sistemində sonuncu — yəni 12-ci yeri tutan Balıqlar bürcü bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır. 
Bu bürcü əmələ gətirən ulduzlar Göy qübbəsinin 900 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibində adi gözlə görünən 75-ə qədər ulduz var. Lakin «Sutökən»də olduğu kimi bu bürcdə də heç bir parlaq ulduz yoxdur. «Balıqlar»ın tutduğu sahə demək olar ki, səmanın bütünlüklə şimal yarımkürəsini əhatə edir.
Bu zodiakın ulduzlar sistemindəki təsvir pozası olduqca maraqlıdır: balıqların hər ikisi bir-birinə «bağlanıb» və sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar. Onlardan biri yuxarı — Göy qübbəsinin cənub yarımkürəsinə üz tutub, digəri isə ağzını «Sutökən»in dolçasından axan suya yönəldib.
Davamı →