Balqabağın faydaları

Balqabaq dəmir, kalium, kalsium və fosforla zəngindir.
Balqabağın tərkibində olan beta karotin ürək xəstəliklərində və hiperlipidemiya zamanı pis xolesterolun düşməsinə köməkçi olur. Antioksidan xüsusiyyəti sayəsində xərçəngə qarşı bədənin müqavimətli olmasına kömək edir. Bədəni mikroblardan qoruyur, immuniteti gücləndirilməkdə olduqca təsirlidir.
Balqabaq dəmir, kalium, kalsium, fosfor kimi əhəmiyyətli mineralları da tərkibində saxlayır. Bunun sayəsində sağlam sümük inkişafı və qan azlığına qarşı da olduqca əhəmiyyətlidir. Tərkibində olan A vitamini sayəsində dəri və hüceyrə quruluşunun yenilənməsinə də təsir edir. Balqabağın tərkibində olan sink saçların güclənməsini təmin edir və tökülməsinin qarşısını alır.

Prostat problemlərinin baş düşmənidir.
Balqabağın toxumundan əldə edilən «balqabaq çəyirdəyi məcunu» prostat sağlamlığı üçün lazımlı mineralları tərkibində saxlayır. Kişilərdə tez-tez rast gəlinən prostat problemlərində prostat böyüməsinin qarşısını almaq üçün istifadə edilir. Bundan əlavə sidik ifrazını artıraraq sidiyə getmə çətinliyini aradan qaldırır. Sidik qovucu xüsusiyyəti sayəsində bədəndən toksinlərin atılmasına da köməkçi olur.

Davamı →

Balqabaq kotleti

Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium, fosfor və C, A, E, K vitaminlərini, folat və riboflavin kimi minerallarını ehtiva edir. Körpələr üçün hazırlanan balqabaq yeməkləri, daha böyük uşaqlarınıza da asanlıqla verə bilərsinis. Yalnız daha böyük uşaqlar üçün bu cür yeməyi təqdimatlı hazırlasaz, uşağın yeməsini asanlaşdıracaq, çünki onlar artıq ferqli dadlar dadıblar və maraqlı təqdimatlı balqabaq yeməyi onları yeməyə sövq edə bilər.
Davamı →

Çuğundur ilə balqabağı belə hazırlayın və faydalarını görün

1. Əvvəlcə çuğundur haqqında və hazırlanması haqqında.
Çuğundurun faydasını demək olar hamı bilir, tarixdən bizim insanlarımız qan azlığında, zəiflikdə, bədən soyuqluğunda, qəbizlikdə həmişə istifadə edib. Çuğunduru birazda dərindən araşdırsaq insan oğlu üçün başdan-başa şəfa mənbəyidir, çuğundur revmatizm və revmatoidli poliartrit xəstələri üçün olduqca faydalı qidadır, Çuğundur qanın tərkibində oksigenin miqdarını artırır, bununla da beyin qidalanmasını yaxşılaşdırır, yaddaşsızlığı aradan qaldırır, skleroz xəstələri üçün faydalı qidadır. Axşamlar çuğundur şirəsi içmək əsəbləri rahatlaşdırır, yuxunu dərinləşdirir, Ağciyər xəstəliklərində, yüksək təzyiqdə çuğundur çox faydalıdır.

Davamı →

Kişilər mütləq balqabaq tumu yesin

Balqabaq çox zəngin mineral tərkibə malik olan C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri özündə cəmləyir.
Balqabağın özü ilə yanaşı tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir.
Bu dəfə balqabaq tumlarının faydalarını təqdim edirik:
Davamı →

Balqabağın 7 mühüm faydası

Balqabaq sözün əsl mənasında təbii dərmandır. Müxtəlif faydalı maddələrlə olduqca zəngin olan qalqabaq insan sağlamlığına çox müsbət təsir edir. Sizə bu möcüzəli tərəvəzin 7 mühüm faydasını təqdim edirik:

1. Ürək-damar sistemi üçün çox faydalıdır — hipertoniyanın, aterosklerozun riskini azaldır, qanın tərkibini yaxşılaşdırır.

2. Bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir — bağırsaqları «yumşaldır», qəbizlikdən xilas edir.

3. A vitamini ilə zəngin olduğuna görə görməni yaxşılaşdırır, «toyuq korluğu» zamanı faydalıdır.

4. Böyrəklər üçün çox faydalıdır — böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır.
Davamı →

Balqabaq şirəsinin faydaları

  • Flora
Balqabağın dünyada 700-ə qədər növü mövcuddur. Bunlardan 3-ü — adi, irimeyvəli və muskat növləri Azərbaycanda daha geniş becərilir. Bir çox vitamin preparatlarının, şirniyyat sənayesində sukat və müxtəlif içliklərin hazırlandığı balqabağın şirəsinin nə qədər faydalı olduğunu bilirsinizmi?

Bundan başqa balqabaq şirəsinin sağlamlığa bir sıra faydaları var. Uzun sürən müalicə proseduralarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.
Davamı →