Balqabağın faydaları
Balqabaq dəmir, kalium, kalsium və fosforla zəngindir.
Balqabağın tərkibində olan beta karotin ürək xəstəliklərində və hiperlipidemiya zamanı pis xolesterolun düşməsinə köməkçi olur. Antioksidan xüsusiyyəti sayəsində xərçəngə qarşı bədənin müqavimətli olmasına kömək edir. Bədəni mikroblardan qoruyur, immuniteti gücləndirilməkdə olduqca təsirlidir.
Balqabaq dəmir, kalium, kalsium, fosfor kimi əhəmiyyətli mineralları da tərkibində saxlayır. Bunun sayəsində sağlam sümük inkişafı və qan azlığına qarşı da olduqca əhəmiyyətlidir. Tərkibində olan A vitamini sayəsində dəri və hüceyrə quruluşunun yenilənməsinə də təsir edir. Balqabağın tərkibində olan sink saçların güclənməsini təmin edir və tökülməsinin qarşısını alır.
Prostat problemlərinin baş düşmənidir.
Balqabağın toxumundan əldə edilən «balqabaq çəyirdəyi məcunu» prostat sağlamlığı üçün lazımlı mineralları tərkibində saxlayır. Kişilərdə tez-tez rast gəlinən prostat problemlərində prostat böyüməsinin qarşısını almaq üçün istifadə edilir. Bundan əlavə sidik ifrazını artıraraq sidiyə getmə çətinliyini aradan qaldırır. Sidik qovucu xüsusiyyəti sayəsində bədəndən toksinlərin atılmasına da köməkçi olur.
Davamı →