Balıq və yəhudilər

Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.

Tanexe, Talmud və Kabbala — yəhudi mistikasında balığa müxtəlif aspektlərdən baxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığa yalnız kulinariya obyekti kimi baxmışıq.

Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar, mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıq isə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşı mənbəyidir.
Davamı →

Təzə balığı necə seçək?

Balıq və balıq məhsullarının insan orqanizmi üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Mütəxəssislərin qənaətinə görə, hər bir orta yaşlı insan il ərzində 15-20 kiloqram balıqdan istifadə etməlidir. Sözsüz ki, balığın faydalarından lazımınca yararlanmaq üçün ilk növbədə onun keyfiyyətli və təzə olmasına diqqət yetirmək lazımdır. Bəs balıq alarkən onun təzə olmasını necə müəyyənləşdirmək olar?

Hazırda balıq satışına çox yerdə rast gəlmək olar. Yol qırağından tutmuş ən iri marketlərə qədər. Könlünə balıq düşənlər ilk növbədə onu nəzərə almalıdırlar ki, istənilən qida məhsulunu sanitar-gigiyenik normalara cavab verən ticarət obyektlərindən almaq lazımdır. Yol kənarında satılan balıqlardan təzəlik və keyfiyyət ummayın. Düzdür, inandırmağa çalışacaqlar. Əgər inanmaq istəsəniz, tez-tez rast gəlinən balıq zəhərlənməsi hallarını gözünüzün önünə gətirin.
Davamı →

Kilkə balığı

Bəzən bəyənmədiyimiz nemətlərdə o qədər faydalar olur ki, bunu biləndən sonra bu qədər vaxt ərzində yeməməyimizə baxıb təəssüf etmişik.

Kilkə balığı Xəzər dənizində bizə verilmiş nemətdir, həm böyüməkdə olan uşaqlar üçün, həm hamilə qadınlar üçün, həm süd verən analar üçün, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.
Davamı →

Balıq yeməyin faydaları

Sizi gənc saxlaya biləcək qidaların arasında ilk yerdə balıq durur.Hər növ balıq doymuşluq səviyyəsi aşağı yağla yüksək keyfiyyətdə və asanlıqla həzm olunan proteinlərin qaynağıdır.Balığı digər protein qaynaqlarından fərqləndirən əlamət içində olan yağ növü və yağ turşusu miqdarıdır.

Dəniz məhsulları qidalanma üçün çoxdur.Qısaca,balığın tərkibində yüksək miqdarda protein,vacib vitamin və minerallar vardır.Doymuş yağ və kalori miqdarı onlarda yüksək deyil.

Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər yaşda olan üçün mükəmməl bir qidadır.

Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium,magnezium,potansium,fosfor,kükürd,florin,selenium,yod kimi əsas maddələr onun tərkibində var.

Bir çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından aşağıdı.

Dəniz məhsullarında çox az miqdarda yağ olur.Bunlar da «yaxşı yağlar»dır.Bu məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır.

Yeməklərinizdə qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.


Davamı →

Palamut balığının faydaları

Balıq mövsümü açıldı. Balıq sevənlər üçün sezon balığı adlanan palamutun faydaları ilə tanış olun:

— Palamutun ən ləzzətlə yeyilən vaxtı sentyabrdan başlayıb fevral ayına kimi davam edir.

— Palamutun tərkibində fosfor, sulfid və vanadiyum var.

— Çox miqdarda protein və D vitamin tərkiblidir.

— Palamut balığının tərkibindəki vitaminlər saçlarınızın güclənməsinə kömək edər.

— Çox yeyən insanların diş toxuması daha düzgün, yaxşı olur.

— Qandakı xolesterolu nizamlayır.

— Açıq yaraların qısa zamanda sağalmasına kömək edir.

— Dərini gəncləşdirir.

— Gözlərə faydalıdır. 


Davamı →

Balıq alarkən diqqətli olun

Bazarlarda, yarmarkalarda, yaxud digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağan edilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşların nəzərinə çatdırır ki, keyfiyyətsiz balıq və balıq məhsullarının istifadəsi insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Buna görə də, balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir.
Ardı →