Barmaq şıqqıldatmaq zərərlidir?


Bəzi mütəxəssislər bu hərəkətin zərərli olduğunu söyləsələr də yeni araşdırma tam əksini təsbit edib.

Barmaq şıqqıldatmağın zərərli olub-olmadığı haqqında aparılan araşdırmada məlum olub ki, burada ciddi bir təhlükə yoxdur. Bu artritə və ya digər oynaq xəstəliklərə səbəb olmur.

Davamı →

Barmaq şaqqıltısının səbəbləri

Bir çoxumuz barmaqlarımızı şaqqıldatmağa vərdiş etmişik. Çoxumuz “sümüklərim boşalıb, kalsium çatışmır” deyə buna səbəb gətiririk və eşidilən həmin səsin sümüklərdən çıxan səs olduğunu düşünürük.

Ən çox və asanlıqla şaqqıldayan yerlər oynaq yerləridir. Bu tip oynaq yerlərində, misal olaraq, barmaqlarda iki sümüyün birləşdiyi yerdə bir bağlantı kapsulu var.

Barmaqlarınız gərilərkən bu kapsul da gərilir. Bu kapsulun içində sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye var. Mayenin tərkibində ərimiş halda oksigen, karbondioksid və nitrogen qaz qabarcıqları var. Barmaqlarımızı şaqqıldadarkən mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır.

Buna görə barmaqlarımızı şaqqıldadarkən eşidilən sümüklərin deyil, bu qabarcıqların partlamasının səsidir.
Davamı →