Əllər və barmaqlar haqqımızda nə deyir?

Barmaqlarınız sizin haqqınızda hər şeyi danışa bilər. Gizlətmək mənasızdır. Elm "əl falına" da baxa bilir. Elm maraqlı bir məşğuliyyət, anlayış və çıraqdır. Deyilənə görə, müasir insan Homo Sapiens-in tarixi ən az 20 min ildir. Bunun ən az 20 000 ilini insanlar müxtəlif rituallar, mədəniyyət obrazları və inancın formalaşması üçün sərf ediblər.

Başqa iş-gücləri mi yox idi görəsən?
Əksinə. Aclıq çəkməmək üçün təsərrüfata başladılar, heyvanları əhliləşdirdilər; təbiətlə danışmağı öyrəndilər — bir sözlə. Bu fəaliyyət sırasında da təbiəti izah etməyə güclü ehtiyac yarandı.
Onlar da izah etdilər. Çörək müqəddəsdir. İnsan öləndə ruhu aramızda gəzir. İldirımı hirslənmiş saqqallı kişi öz əsasından çıxarır və s. İnsanlar mədəni cəhətdən formalaşdıqca (inkişaf etdikcə demirəm) daha cəsarətli və bacarıqlı oldular. Tutub piramida tikəcək səviyəyə gəldilər.
Davamı →

Barmaq şaqqıltısının səbəbləri

Bir çoxumuz barmaqlarımızı şaqqıldatmağa vərdiş etmişik. Çoxumuz “sümüklərim boşalıb, kalsium çatışmır” deyə buna səbəb gətiririk və eşidilən həmin səsin sümüklərdən çıxan səs olduğunu düşünürük.

Ən çox və asanlıqla şaqqıldayan yerlər oynaq yerləridir. Bu tip oynaq yerlərində, misal olaraq, barmaqlarda iki sümüyün birləşdiyi yerdə bir bağlantı kapsulu var.

Barmaqlarınız gərilərkən bu kapsul da gərilir. Bu kapsulun içində sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye var. Mayenin tərkibində ərimiş halda oksigen, karbondioksid və nitrogen qaz qabarcıqları var. Barmaqlarımızı şaqqıldadarkən mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır.

Buna görə barmaqlarımızı şaqqıldadarkən eşidilən sümüklərin deyil, bu qabarcıqların partlamasının səsidir.
Davamı →

Barmaqlar haqqında maraqlı faktlar

Barmaqlar haqqında maraqlı faktlar

Barmaqlar həyatımız boyunca ən çox istifadə edilən bədən üzvümüzdür.

Bəs onlar haqqında nə qədər məlumatımız var? Barmaqlar haqqında bilmədikləriniz.

1. Dünyanın ən böyük əlinə sahib olan insan Çində yaşayır. Lui Huanın sol əlinin başbarmağı 25 sm-dir. Onun işarət barmağının uzunluğu isə 30 sm-ə çatır.

2. Dünyanın ən çox barmağa sahib iki insan Hindistanda yaşayır. 2005-ci ildə doğulan Pranamya Menarianın və 1995-ci il təvəllüdlü Devendra Harnenin 25 barmağı var.

Ardı →