Göllər və digər su hövzələri

Qurunun təbii çökəkliyində yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsinə göl deyilir. Gölün olduğu çökəkliyə göl çuxuru deyilir. Mənşəyinə görə göl çuxurları aşağıdakı növlərə bölünür:
1. Tektonik göllər — yer qabığındakı tektonik mənşəli çökəklərdə yaranır. Belə göllər dərin olur. Məsələn: Tanqanika, Baykal Ladoqa.
2. Vulkanik göllər — sönmüş vulkan kraterində yaranır. Sahəsi kiçik olur.
3. Buzlaq gölləri — yüksək dağ çökəkliyində buzlaqların eşicilik fəaliyyəti nəticəsində yaranır. Alp və Qafqaz dağlarında, qədim buzlaşma sahələrində, məsələn, Skandinaviyada çoxdur: Tufangöl, Böyük Kölə, Böyük Ayı.
4. Çökmə göllər — karst sahələrində əmələ gəlmiş çökəkliklərdə yaranmış göllərdir.
5. Uçqun gölləri — zəlzələ nəticəsində dağın uçması və çay dərəsinin qarşısını alması nəticəsində yaranır Göygöl, Maralgöl.
6. Relikt (və ya qalıq) göllər — okeanın bir hissəsi olub, qurunun qalxması nəticəsində və ya suyun çəkilməsi nəticəsində okeandan ayrılan göllərdir: Xəzər, Aral, Ölü.
7. Axmaz göllər — çay dərəsinin yerdəyişmasi zamanı qədim çay dərəsində, yəni meandr əyriliyində qalan dayaz oraq şəkilli göllərdir. Məsələn: Sarısu, Mehman, Ağgöl.
8.Meteorit mənşəli göllər-meteoritin düşdüyü yerdə qalan çökəklikdə yaranır.


Ardı →