Cadudan necə qorunmaq olar?

Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi);

Günahları tərk edərək onlardan tövbə etmək;

Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:
Davamı →

Qara pişiyin uğursuzluğu; həqiqət, yoxsa batil inanc?

qara pişikDünya tarixində pişiklərdən başqa fərqli dönəmlərdə fərqli dəyərləndirməyə məruz qalan ikinci bir canlı yoxdur, çünki əvvəl ilahiləşdirilən, sonra şeytanla eyniləşdirilib soyqırıma məruz qalan, sonra da təkrar evin baş küncünə yerləşdirilən  canlı növü məhz pişiklərdir.

Bir insanın qarşısından qara rəngli bir pişiyin keçdiyi zaman uğursuzluq gətirəcəyi ilə  bağlı inancın qaynağının miladdan əvvəl 3000 — ci illərə, qədim Misirlilərə bağlı olduğu qeyd edilir. O dövrdə pişiklər müqəddəs bir canlı olaraq qəbul edilirdi. Hətta qara dişi pişiklərin ilahiləşdirilməsini  qazıntı işləri nəticəsində  ortaya çıxan məlumatlar sayəsində görmək mümükündür.

O dövrdə Misirdə pişikləri xəstəlik və ölümdən qorumaq üçün qanunlar belə qəbul edilmişdi. Evin pişiyinin ölməsi isə  ailə üçün bir fəlakət idi.


Ardı →

Kim daha uğursuzdur?

Hökmdar adamları ilə səhər tezdən ova çıxmışdı. Qarşıda hökmdar, arxada isə adamları gedirdilər. Bu vaxt qarşılarına yoxsul bir adam çıxdı. Hökmdar bu adamı görər-görməz atından yıxıldı. Qalxar-qalxmaz bu əmri verdi:

-          Dərhal bu adamın boynunu vurun.

Yoxsul adam hörmətlə diz çökdü və hökmdardan:

-          Ölümə layiq olmaq üçün nə etdim? – deyə soruşdu.

Hökmdarın cavabı isə qısa və konkret idi:

-          Çox güman ki, sən pis və uğursuz adamsan. Çünki səni görər-görməz atımdan yıxıldım. Bu qədər uğursuz adam ancaq ölümə layiqdir.

Yoxsul adam yenə hörmətlə hökmdara dedi:

-          Siz də mənim kimi səhər tezdən yola çıxdınız. Sizin gördüyünüz ilk adam mən idim, mənim gördüyüm ilk adam isə siz idiniz. Siz məni gördükdən sonra atınızdan yıxıldınız. Mən isə sizi gördükdən sonra öldürüləcəyəm. İndi siz deyin, kim daha uğursuzdur, siz, yoxsa mən?

Hökmdar adamın bu cəsur və ağıllı sözləri qarşısında qəhqəhə çəkdi və ona bir kisə qızıl verərək yola saldı.

Mənbə: «Ailəm» jurnalı


Davamı →