Bayram tətili zamanı hansı səhvlərdən qaçmaq lazımdır

1. Tətil zamanı işi tamamilə unutmaq lazımdır
Bütün fikrinizi iş prosesinə köklədiyiniz günləri bayram adlandıra bilmərsiniz. Siz nə maşın, nə də robot deyilsiniz, sizin də istirahətə ehtiyacınız var. Buna görə də, ekspertlər müəyyən müddətlik iş məsələlərini və planları bir kənara qoymağı məsləhət görür. Əks halda istihatə etmiş olmursunuz, tətil bitdikdə isə məhsuldarlığınız bərpa olmur.

2. Günahkarlıq hissi ilə mübarizə aparmaq lazımdır
Hər dəfə özünüzü əməyinizə görə mükafatlandırdığınızda günahkarlıq hissi duyursunuzsa bu ciddi problemdir. İstirahət də bir mükafatdır, və belə insanlar tətil zamanı işləməyib, zamanlarını istirahətə sərf etdiklərinə görə günahkarlıq hiss edə bilərlər. Bu hiss ilə mübarizə aparmaq lazımdır, çünki bu istirahətə mane olduğundan tətil bitdikdə məhsuldarlıq səviyyəniz də sıfıra bərabər olacaq.
Davamı →