8 MART

Əziz xanımlarımız!

Sizin, əksər kişilərimizin ildə bir dəfə hədiyyə almağı yadına salıb, məcburi təbrik etdiyi 8 Mart Qadınlar bayramınızı təbrik edirəm!
Qəlbinizdən sevinc, sevgi, səadət heç vaxt əskik olmasın!

Azərbaycan xanımlarının əksəriyyəti mənimçün həmişə sədaqət, həya, təmkin, özündən çox ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olub.

Əziz kişilərimiz! Mütləq deyil elə bu gün nəsə bir ətir, çiçək, nə bilim, hər hansı bir hədiyyə almağı özünüzə borc bilərək sizə yaxın olan xanımları təbrik edəsiz. Qoy sizlərin adət halına çevirmək istədiyini dilədiyim xoş rəftarınız, səmimi, qarşılıqsız sevginiz, gülər üzünüz, sevgi dolu sözləriniz, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər gün verdiyiniz hədiyyə olsun.

Qadını insan kimi saymayanlara isə tövsiyyəm budur: Onları yalnız öləndə yox, yaşadğınız hər gündə başınızın üstündə tutmağı bilin!

Azərbaycan XANIMI dünyanın ən gözəl nemətlərinə layiq olmağı haqq edən qadındır. Sadəcə, bunu ona hiss etdirin, vəssalam!

Qadınlar bayramınız mübarək, əziz Azərbaycan XANIMIM!

Davamı →

Azərbaycanda bayram günləri

1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: 
Yeni il bayramı (yanvarın 1 və 2-si) 
Qadınlar günü (martın 8-i) 
Faşizm üzərində qələbə günü (mayın 9-u) 
Respublika günü (mayın 28-i) 
Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i) 
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı) 
Dövlət müstəqilliyi günü (oktyabr 18-i) 
Davamı →

Faşizm üzərində qələbədən 66 il ötür

9 May — Qələbə Günüdür. Qələbə günü Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
9 May — Faşizm üzərində Qələbə Günüdür. Qələbə günü Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Davamı →

Müsəlman dünyası Yeni il bayramını bayram kimi qeyd edə bilərmi?!

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri əhaliyə xəbərlarlıq edərək Yeni İlin istənilən formada bayram edilməsinin küfr və yasaq olduğunu bəyan edib.
«Okaz»ın verdiyi xəbərə görə, Yeni İl simvolikalı mallar satan dükanların hamısı çox böyük məbləğdə cərimələnəcək.
Səudiyyə Ərəbistanının Hallalığın Yayılması və Günahın Qarşısının Alınması Komitəsinin yaydığı bəyanatda bildirilir ki, ictimai yerlərdə Yeni İlin bayram edilməsinə yol verilməyəcək. Bundan başqa, Səudiyyə Ərəbistanına Yeni İl simvolikalı istənilən malların idxalı qadağan olunub.
Ardı →

Yeni il bayramı

Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Davamı →