2.3 Baza strategiyasının müəyyənləşdirilməsi

Baza strategiyası-bu həm kompaniyanın məqsədləri, həm də bu məqs­ədlərə çatılması üçün istifadə edilən ümumi strategiyadır. Baza stra­tegi­yasının hazırlanması üçün təşkilatın resurslarının və qarşıya qoyulmuş məqsədə çatılması və ya missiyanın həyata keçirilməsi üçün fəaliyyət gös­tərdiyi bazarın  ətraflı  təhlilinin aparılması lazımdır.


2.3.1 Təşkilatın resurslarının təhlili
Hər bir təşkilat sərəncamında olan resursların geniş siyahısını tərtib edə bilər.  Lakin marketinq strategiyasının hazırlanması üçün bunların hamısı eyni dərəcədə əhəmiyyətli deyil. Eyni qayda ilə istənilən səmimi  təşkilat özünün bir çox zəif tərəflərini də saya bilər, lakin bunların da heç hamısı həyati əhəmiyyətli deyil.Baza strategiyasının müəyyənləşdirilməsi za­ma­nı təşkilatın müəyyənləşdirilməsinə kömək edən fərqləndirici resurs­ların (aktivlər və imkanlar) aşkarlanmasına səy göstərilir.


Ardı →