Çay və yumurta | Beynin qidası

Çay — Təzə dəmlənmiş yaşıl, yaxud qara çay beyin üçün çox faydalıdır, çünki tərkibi katexinlərlə zəngindir. Yəqin, boşluq və yorğunluq, sanki düşünməyə belə tənbəllik etdiyiniz günlər olur. Bu, beyində katexin çatışmazlığı ilə əlaqədar ola bilər. Adıçəkilən maddələr ağlın iti və təzə qalması, onun normal işləməsinə kömək etmək baxımından əla vasitədir. Katexinlər beynin iş qabiliyyətini qorumaqla yanaşı, həm də əqli yorğunluqla mübarizə aparmasına imkan yaradır.
yaşıl və qara çay
Yaşıl çayın daha güclü təsirə malik olduğu vurğulansa da qara çay səhərlər içmək üçün əla variantdır. Səhərlər çay için, bu, gün ərzində beyin fəaliyyətinin tənzimlənməsinə kömək edir.

Ardı →