Özünüzlə tez-tez danışırsınız?

Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz.
Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar.
Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yorana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də


Davamı →

Həddindən artıq düşünməkdən qaça bilərikmi?

Həddindən artıq düşünmək

Beynimiz hər dəqiqə yüzlərlə fikir istehsal edir və sadəcə bir mövzu haqqında düşünməyimizə imkan verir, daxili səsimiz isə dayanmadan danışa bilər. Bu daxili səs lazımsız vaxt, enerji və diqqət itkisinə səbəb olarsa, normadan artıq düşünməkdən də söz gedə bilər.
Həddindən artıq düşünmə bizə fizioloji ehtiyaclarımızdan tutmuş, verdiyimiz kritik qərarlara qədər təsir edir. Bəs biz çox düşündüyümüzü necə bilirik? Daim danışılan mövzu əvəzinə nə deyəcəyinizi və ya necə reaksiya verəcəyinizi düşünürsünüzsə, düşüncələrinizlə məşğul olarkən mövzuya diqqət yetirə bilmirsinizsə, daim keçmişi düşünürsünüzsə və eyni şeyi təkrar edirsinizsə, həddindən artıq fikirləşmiş ola bilərsiniz.
Davamı →

İşlərimizi niyə çatdırmırıq?

Beyin, istirahət və yaxşı fəaliyyət – bunların bir-birinə nə kimi təsiri var?
Az istirahət, hər şeyi çatdırmaq, inkişaf etmək, karyera qurmaq və başqalarından daha uğursuz olmamaq sərbəst işçinin söhbət və forumlarında əsas gündəmdə olan məsələlərdir.
Bu inanclarla biz  istirahət etmədən və məzuniyyətlərsiz yüksək bir məqsəd uğrunda beynizmizlə birgə işə başlayırıq – ətrafdakıların rəğbətini qazanmaq və uğurlu bir azad işçi haqqında stereotiplərə uyğun gəlmək.
Bir-iki ildən sonra xoşbəxt bir insanın mənzərəsi ilə onun güzgüdəki əksi arasında uyğunsuzluq nəzərimizə çarpacaq. O, xoşbəxt və uğurludur, biz isə hələ də o qədər də yox.
Davamı →