QƏRAR VERMƏK

        
Bizim, hansısa bir şeyə, hansısa bir fikrə, hansısa bir məlumata münasibətimiz və qərarımız daha çox 2 cür olur:
1)Fikrin və ya məlumatın anlamına baxıb, nə deyilmək istənildiyini götür-qoy edib onun düz olub-olmadığını, mənalı olub-olmadığını təhlil etmək.
2)Fikrin anlamına baxmayıb, nə demək istənildiyini düşünmədən avtomatik olaraq rədd etmək.
Biz bu ikinci barədə danışaq, hansı ki bu, normal olmayan durumdur. Bəli, bəzən biz heç fikrin, məlumatın məzmununa, mahiyyətinə, nə demək istədiyinə belə baxmadan, ona qarşı çıxırıq, onu bəribaşdan bir kənara atırıq. Yəni o fikrin, o məsələnin özü nədir, onda nə anladılır, hansı mesaj vermək istənilir-bu bizimçün maraqlı və önəmli olmur. Əvəzində hər şeyi, o andaki əhvalımız, durumumuz təyin edir. Yəni bəzən hansısa bir şeyi qəbul edib-etməmək sadəcə bizim o anki əhvalımızdan və psixologiyamızdan asılı olur. Tutaq ki əhvalımız pisdirsə, əsəbiyiksə o an qarşımıza çıxan fikri, heç düşünmədən rədd edə bilirik. Məsələn deyək ki əsəbi halda ikən, internetdə qarşımıza belə bir informasiya çıxır; «filankəs, yaxşı aktyordur intəhası hələ ki Oskar ala bilməyib» İndi biz o andaki neqativ və mənfi əhvalla, stəkanın dolu deyil, boş tərəfinə baxmaq istəyirik: «Bu necə aktyordur ki bu neçə ildə hələ də Oskar ala bilməyib» deyirik… Daha bizi bu maraqlandırmır ki adam Oskar almayıbsa da neçə dəfə namizəd olub, həmçinin başqa mükafatlar alıb və ya lap elə «Oskar almayan pis aktyordur!» deyə bir qaydamı var, Oskarı verənlər də heç də həmişə düzgün seçim etməyə bilər axı… Bax, bu versiyalar, bu ehtimallar bizi düşündürmür. Elə dərhal işin olmazlarından yapışırıq, olarlarını bir kənara tullayırıq… Beləliklə nəticədə biz həm o infodan özümüz üçün çıxartdığımız səhv nəticəni öz zehnimizə ötürüb o məsələdə səhv mövqedə oluruq, həm də ən əsası öz zehin sistemimizə yanlış qida verməklə onu bulandırırıq, onun işinə, funksiyasına pozucu təsir göstəririk. Yəni qarşıdakı məsələ, qarşıdakı qərar, lap hansısa aktyorla bağlı deyil də, bizimçün daha önəmli, taleyüklü bir şeylə əlaqəlidirsə, onda bunun təbii ki daha böyük, daha ağır nəticələri ola bilir. Zehnimizə ötürdüyümüz səhv məlumatlardan da sonra başqa səhv məlumatlar ortaya çıxır və biz zəncirvari olaraq çoxlu və mühüm məsələlərdə yanılırıq və yanlış qərarlar vermiş oluruq, üstəlik də zehnimiz bunalır, korlanır, fəaliyyəti ilişir və bu da bizə stress, depressiya olara geri qayıdır və mənfi geribildirim vermiş olur. Odur ki beyinə, zehinə ötürülən informasiya çox mühümdür. Bu həm bizim hər hər hansı məsələdəki qərarımıza təsir edə bilir, həm də ümumilikdə psixoloji durumumuza, əhvalımıza etki edə bilər… Çalışaq ki hansısa bir düşüncəyə, hadisəyə, məlumata, hislərin təsiri ilə deyil, ağılla, düşüncə ilə yanaşaq… Və hansısa qərarımızın, hisslərimizə uyğun olması ilə ağla uyğun olmasının eyni şey olmadığının fərqində olaq. O anki durumumuz, o anki ruhiyyəmiz bizi yanılda bilər!
Bir sözlə, hisslər səhv edə bilər ağıl isə yox!....
Psixoloq Yunis Dürüst
Davamı →

Beyini qocaldan amillərə qarşı mübarizə

Beyin həssas orqanlardan biri olmaqla yanaşı, bədənimizdə ən çox oksigent istifadə edən və hər mərhələdə mükəmməl xüsusiyyətə malik olan orqandır.ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər. Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. 
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və mülicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir. Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.
Ardı →

Beyin üçün 20 tövsiyyə

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?


Ardı →

Beyinlə sevirik, yoxsa ürəklə?

  • Sevgi

“Bütün azadlıqlar beyində  başlayar  beyində bitər”

Həyatıboyu iki insan arasında bir-birinə tərbiyəvi təsir göstərən təkmilləşdirməyə, nəcibləşdirməyə xeyirxah və səmimi etməyə sövq edən ən ülvi və pak hiss sevgidir. Bəs böyük sevgilər harada başlayar ürəkdə, yoxsa beyində?

Bu günə qədər hər bir insanın ifadə etdiyi bir fikir hələ də öz qüvvəsində qalır “sevginin mənbəyi qəlbdir”. Sevgi qəlbdən başlamır. Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbimizin ətrafında hiss ediyimiz üçün sevqimizin də qəlbdən qaynaqlandığını zənn edirik.


Ardı →

Beynin ən böyük düşməni - FİLM

2 saatlıq film 1 həftəyə “həzm” olunur

Xarici KİV-ə istinadən verdiyi məlumata görə, türk alimləri insan yaddaşının texnikasını araşdırıb. Məlum olub ki, yuxu, psixoloji vəziyyətə və televizora baxma yaddaşa təsir edən amillərdəndir. Özəlliklə də televizora baxma beyinə mənfi təsir edir.

Beynin sağ və sol yarısı quş qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur. Gündə 2 saat fasiləsiz film izləyən birinin beyninin, o filmi izləmədən əvvəlki halına qayıda bilməsi üçün, düz bir həftə beyin məşqi etməsi lazımdır.

 


Davamı →

Beyin fəaliyyətini yaxşılaşdıran 60 sadə məsləhət


1. Tapmacalar, bilməcələr və məntiqi məsələlər həll edin.

2. Həmişə ikimənalılığa və qeyri müəyyənliyə diqqət yetirin, yəni optik illüziyalar və paradokslar üzərində baş sındırın

3. Özünüzdə “ambidexterity” inkişaf etdirin – bu o deməkdir ki, siz sol əlinizi aparıcı qüvvə kimi istifadə etməlisiniz (əgər siz solaxay deyilsinizsə). Çalışın ki, dişlərinizi sol əliniz ilə fırçalayasınız. Kompüterin mausunu da sol əl ilə işlədin, bıçaq və çəngəlin yerini dəyişin.

4. Bəzi hissiyyat orqanlarını gücləndirmək üçün, müvəqqəti olaraq digərlərindən istifadəni dayandırın. Məsələn gözüyumulu şəkildə duş qəbul etməyə və ya yemək yeməyə çalışın, qulaqlarınızı tıxayaraq isə gündəlik olaraq, gördüyünüz adi işlər ilə məşğul olun.


Ardı →

Sevginin ürəklə heç bir əlaqəsi yoxdur

«Mən onu bütün qəlbimlə sevirəm», «Filankəs filankəsə bir könüldən, min könülə vurulub» dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma, bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur.
Yayılan məlumata görə, o, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər:
«Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır».

Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçirib. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb.


Ardı →

Beynin ən təhlükəli tərəfi- "tərs səy göstərmə" qaydası

Beynin ən təhlükəli tərəfi, «tərs səy göstərmə» qaydasına görə çalışdığı vaxtlardır. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə diqqətinizi yönəltsəniz, beyin onu sizə çəkər, qorxduğunuzu başınıza gətirər!  Buna tərs səy göstərmə qaydası deyilir. Bataqlıqdan çıxmağa çalışdıqca, dibə batmağa bənzər.
Beyin diqqəti yönəltdiyiniz hədəf üçün çalışar, hədəf mənf olsa belə onu reallaşdırmaq üçün çalışar! Toplum qarşısında çıxış edərkən «görəsən həyəcanlanacağammı» deyə düşünsəniz, həyəcanlanacaqsınız! Qorxunuza deyil, mövzunuza diqqətinizi yönəldin.
Başınıza gəlməsindən qorxduğunuz ən pis şeyə deyil, başınıza gəlməsini istədiyiniz ən yaxşı şeyə fokuslanın. Unutmayın başınızda ən çox nəyi düşünsəniz, həyatınızda onu çoxaldarsınız.
Yeni bir həyat üçün lazım olan, yeni bir ağıldır!
Mövcud ağılınızı sizi bu anda olduğunuz yerə gətirdi. Daha fərqli və daha yaxşı bir həyat istəyirsinizsə, yeni bir ağıl əldə etməkdə fayda var! Yeni bir həyat üçün lazım olan, yeni bir ağıldır. Eyni vəziyyət problemləri həll etmək üçün də lazımdır.
Eynşteyn «bir problemi yaradan bir zehini, eyni səviyyədə işlədərək o problemi həll edə bilməzsiniz» deyib. Həlli görəcək yeni bir ağıl tapmaq ya da məsləhətçilik götürərək mövcud ağla çəkmə qat atmaq gərək!
Müdriklik dolu, «kaş ki»siz bir həyat üçün əvvəl düşün sonra yaşa, ən sonunda da yaşadığın üzərinə bir daha düşün.
Davamı →

Beyin fırtınası

Ümumiyyətlə yaradıcılıq üsulları 2 fərqli məqamları özündə ehtiva edir: 1) mümkün qədər çox yeni ideyalar yaratmağa çalışın; 2) ya da mövcud ideyalar içərisindən ən yaxşısını seçməyə çalışın.

Ən yaxşı ideyaya çata bilmək üçün tez-tez fikirlərinizi dəyişməyə çalışın. Fikirlərinizi tez-tez dəyişməli olduğunuz qatar kimi düşünün. Başqa sözlə, biz eyni ideyaları başqa-başqa formalarda yenidən düşünür və icra edirik. Geniş perspektivlər üçün bu prosesi həyata keçirtmək sizə asan gələcək.


Ardı →

Qadın və beyin

(İştirak edən simalar: Qadın, beyin)

Qadın: Ay Allah, o gedir, gedir, məni tərk edir! (Ağlayır)
Beyin: Daha pozitiv (ol), daha pozitiv...
Qadın: Nə pozitivi? Əşyalarını toplayır, əclaf...
Beyin: Ağlama, gülümsə… Müəmmalı şəkildə gülümsə… Dəyirman kimi əllərini yellətmə!
Qadın: Əclaf, çamadanını yığır… Alicənab kişi, gedərkən corablarını və alt paltarını götürür, bu əclaf isə maykalarını da yığır… (Ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə onun boynuna atılım?
Qadın: Bəlkə ayaqlarına yıxılım?
Beyin: Səfeh!
Qadın: Bəlkə onu ondan?
Beyin: Nə «Ondan»?
Qadın: De… Tava ilə başından astaca?
Beyin: ?
Qadın: Sonra ona, yazığa, bulyon yedizdirim… Beləcə iki ay uzatmaq olar… Bəlkə, öyrəşər, getməz...
Beyin: Hər halda cinayət… Bəlkə qüvvəni düzgün hesablamasan?
Qadın: O zaman yaxşıca əlimi qaldıraram və beləcə çəkərəm!
Beyin: Mən o mənada demirəm… Güclü qadınsan… üstəlik öldürərsən, bu isə maddədir!
Qadın: Yaxşı, əgər belə ağıllısansa de görüm, mən nə edim?
Beyin: Gülümsə!!! Daha pozitiv, daha pozitiv...
Qadın: Di, bunun nəyində pozitivlik tapmaq olar axı? Mən tənha qalacaaaaam! (Ağlayır)
Beyin: Gülümsə! Birincisi, tənha yox, azad (müstəqil) qadın...
Qadın: Cəhənnəm olsun, belə azadlıq lazımdır mənə?
Beyin: Gülümsə! Azadlıq — mükəmməldir: Yalnız özünlə məşğul olacaqsan!
Qadın: Niyə? (Burnunu çəkir)
Beyin: Ona görə! Braziliya dilini öyrənəcəksən — sən tərcümə olunmadan seriallara baxmağı hər zaman arzulamısan. Zərb alətləri dərnəyinə yazılarsan — sənin qüvvəndədir!
Qadın: Buna zamanım nəsə olmayıb...
Beyin: Amerika tilovu almaq, gəbərmiş avtomobilin daimi təmiri olmadan maliyyə işləriylə özün məşğul olacaqsan!
Qadın: Şuba və bosonojka alaram… di, həminki… bantla olan… (Gözlərinin yaşını silir)
Beyin: Hüquq şöbəsindəki oğlanla şam yeməyinə gedərsən — O sənə elə baxırdı ki.
Qadın: (Gülümsənir) Hə, «MakDonalds»a gedərik, o, yeri gəlmişkən, bunu mənə təklif etmişdi. Şubanı geyinərəm, bantlı bosonojkaları… (Müəmmalı gülümsənir) 
Beyin: Di heç kəs üçün (yemək) bişirməmək, (paltar) yumamaq...
Qadın: Yalnız manikür-pedikür-maskalar-massajlar! (Sevincindən gülümsənir) Moskvanın dairəvi yollarını ekskursiya etməyə gedərəm… (Arzu edərək)
Beyin: Bax belə, sən isə pozitivliyi görmürdün...
Qadın: Ay, dirilərəm! (Qalibiyyətlə gülümsənir) Ayyyyyyyyy!!!!
Beyin: Nə?
Qadın: O dizləri üstündə durub çamadanla, dizlərimi öpür!
Beyin: Kimin?
Qadın: Di, çamadanı ki, yox! Deyir, heç vaxt mənim kimi birisini tapa bilməyəcək… Üzr istəyir… Qalmaq istəyir...
Beyin: Ay!
Qadın: Bəs müstəqil qadın necə olacaq? (Ağlayır) Bəs zərb alətləri dərnəyi? Şuba, həmin bosanojkalar? (Hönkür-hönkür ağlayır) Bəs hüquq şöbəsindən olan Vasya?
Beyin: Daha pozitiv, daha pozitiv...

Tərcümə və tərtib: Fərid Abdullah.
Источник: «Сказки от Солистки»
Davamı →