Baş ağrıları nələrə işarədir?

Hər birimiz zamanla baş ağrıları ilə üzləşirik. Məhz bu səbəbdən insanların əksəriyyəti baş ağrılarına ciddi fikir vermir. İnsanların bir hissəsi dözüb gözləməyə, digərləri baş ağrısı başlayan kimi ağrısızlaşdıran dərmanlardan birini qəbul etməyə üstünlük verir. Təbii ki, bir çox hallarda baş ağrılarının səbəbi gərginlik və stress olur. Lakin bəzən adi hesab edilən baş ağrısı çox ağır və təhlükəli xəstəliklərin simptomu kimi meydana çıxır və bu halda insana vaxtında tibbi yardım göstərilməzsə, insanın sağlamlığı və hətta həyatı təhlükədə ola bilər .

Beləliklə, nə zaman baş ağrısı ciddi xəstəliyin simptomu ola bilər?


Davamı →

Passiv həyat tərzinin beyinə zərəri

Klassik tibb elminə görə (hardasa 20 il əvvəl), insan olğunlaşandan sonra beyin hüceyrələrinin (neyronların) inkişafı dayanır, neyronlar çox dəyişməz görülürdü. Amma çox sayıda modern elmi təcrübələr göstərir ki, beyindəki neyronların inkişafı çox elastikdi, insanın gənc yaşlarından sonra belə. Təcrübələr göstərir ki, idmanla fəal məşğul olmaq olan neyronlarda dinamik dəyişiklərə səbəb olur, və həm də, yeni neyronların əmələ gəlməsinə təkan verir. Yeni araşdırma isə göstərir ki, tərsinə, pasiv həyat tərzi (çoxlu yatmaq, oturmaq və qısacası, mütəmadi idmanla məşğul olmamaq) də neyronlarda xüsusi dəyişiklərə səbəb olur.

Davamı →

Soyuq havalar beyinə necə təsir edir?

Soyuq havanın beynimizə necə təsir etdiyi, elm insanları arasında da müzakirə mövzusudur.

Çox uzun müddət «Qış gəlmədi» deyə danışdıqdan sonra soyuqlar bir anda gəlməyə başladı. İqlimdəki dəyişmə, bizlərin də davranışlarına təsir edir. İnsanların, soyuq havanın bizə necə təsir etdiyinə dair fərqli fikirləri var. Belə görünür ki, insanlar kimi elm insanları da bu mövzuda fikir birliyinə çata bilmir.

Qışda, soyuğu biz hiss edir olsaq da beynimiz üçün bu istilik dəyişməsinin heç bir mənası yoxdur, çünki soyuğu əsla birbaşa hiss etmir. Bu mövzuyla əlaqədar olaraq nevroloq Klifford Segil belə danışdı: «Gerçək beyniniz öz istilətmə sistemi olan təcrid bir kassanın içərisində dayanır, xizək mərkəzlərindəki yerdən istilətməli otaqlar kimi». Həkim, sinir sistemimizin mərkəzi olan beynimizin qorumalı olduğunu söyləyir. Bundan əlavə, beynimizi soyuqdan qoruyan, beyin mayesi kimi başqa strukturlar da var. 


Davamı →

Access Bars nədir?

Gündəlik həyatda yaşadığımız hisslər zehnimizdə toplanır və zamanla bizə yük olur. Bu yüklərdən qurtulmaq o qədər də asan olmur. Çünki illərlə yığılan yüklər bir müddət sonra elektrik yükünə çevrilir. Bu yük isə başımızdaki 32 enerji nöqtəsinə toplanır. Bundan qurtulmaq üçün Access Bars ən ideal yoldur. Access Bars tədqiqatının məqsədi həmin nöqtələrə işləmək və orada əmələ gələn maqnit sahəsini sərbəst buraxmaqdır.
Davamı →

Həddindən artıq düşünməkdən qaça bilərikmi?

Həddindən artıq düşünmək

Beynimiz hər dəqiqə yüzlərlə fikir istehsal edir və sadəcə bir mövzu haqqında düşünməyimizə imkan verir, daxili səsimiz isə dayanmadan danışa bilər. Bu daxili səs lazımsız vaxt, enerji və diqqət itkisinə səbəb olarsa, normadan artıq düşünməkdən də söz gedə bilər.
Həddindən artıq düşünmə bizə fizioloji ehtiyaclarımızdan tutmuş, verdiyimiz kritik qərarlara qədər təsir edir. Bəs biz çox düşündüyümüzü necə bilirik? Daim danışılan mövzu əvəzinə nə deyəcəyinizi və ya necə reaksiya verəcəyinizi düşünürsünüzsə, düşüncələrinizlə məşğul olarkən mövzuya diqqət yetirə bilmirsinizsə, daim keçmişi düşünürsünüzsə və eyni şeyi təkrar edirsinizsə, həddindən artıq fikirləşmiş ola bilərsiniz.
Davamı →

Yaddaşı gücləndirmək üçün 15 faydalı tövsiyə | Güclü yaddaş

İnsanların bir çoxu yaddaşının zəif olmasından şikayət edir. Əslində isə, yaddaşımızı zəif edən bizim seçdiyimiz yanlış həyat tərzi və vərdişlərdir.
Bəs daha yaxşı bir yaddaşa sahib olmaq üçün nə etməli?
15 maddədə bu suala cavab verdik:

1.  YENİ DİL ÖYRƏNİN

Yeni bir dil öyrənmək beyninizi daha funksional edəcək.

Davamlı olaraq yeni şeylər öyrənməklə beynin onları yadda saxlamaq qabiliyyətini artırır.Belə ki, öyrəndiyiniz hər söz beyində yeni neyronlar və bağlantılar yaradır. Öyrəndiyiniz söz və ifadələri  xatırlamaqla həm də beyin məşqi etmiş oluruq.


Davamı →

Beyin uğur qazanmağımıza necə mane olur?

Psixoloqlar uzun müddətdir ki, beynin necə işlədiyini açmağa və şüurun sirlərini dərk etməyə çalışırlar. Aydındır ki, sinir fəaliyyəti bizim daxili dünyamızı formalaşdırır. Dünyanın hər yerindən uğurlu insanlar varlanmaq və xoşbəxt olmaq üçün beynin necə işlədiyinə dair kitablar oxuyurlar. Hər kəs uğurun sirrini açmağa çalışır. Hər kəs uğurlu və zəngin olmaq istəyir. Məşhur motivator və psixoloq Con Kexo şüuraltı hər şeyi edə bilər mövzusunda kitab yazıb.
Ancaq digər məşhur motivatorlar — yazıçılar Deyl Karnegi, Napoleon Hill və şəxsi inkişaf üzrə təlimçi Toni Robbins əmindirlər ki, biz beynimizin prinsiplərini başa düşməliyik, təfəkkürün necə işlədiyini bilməliyik.
Davamı →

Beynimiz bunları xoşlamır

Rumıniyanın professoru, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı açıqlama edib.
Bu vaxta kimi 23.000 beyin əməliyyatı icra edən tanınmış həkim deyir ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. Çox adam ödünün, mədəsinin qeydinə daha çox qalır, nəinki beyni. Ümumiyyətlə, beyni ilə necə davranacağını bilmir.

Davamı →

QƏRAR VERMƏK

        
Bizim, hansısa bir şeyə, hansısa bir fikrə, hansısa bir məlumata münasibətimiz və qərarımız daha çox 2 cür olur:
1)Fikrin və ya məlumatın anlamına baxıb, nə deyilmək istənildiyini götür-qoy edib onun düz olub-olmadığını, mənalı olub-olmadığını təhlil etmək.
2)Fikrin anlamına baxmayıb, nə demək istənildiyini düşünmədən avtomatik olaraq rədd etmək.
Biz bu ikinci barədə danışaq, hansı ki bu, normal olmayan durumdur. Bəli, bəzən biz heç fikrin, məlumatın məzmununa, mahiyyətinə, nə demək istədiyinə belə baxmadan, ona qarşı çıxırıq, onu bəribaşdan bir kənara atırıq. Yəni o fikrin, o məsələnin özü nədir, onda nə anladılır, hansı mesaj vermək istənilir-bu bizimçün maraqlı və önəmli olmur. Əvəzində hər şeyi, o andaki əhvalımız, durumumuz təyin edir. Yəni bəzən hansısa bir şeyi qəbul edib-etməmək sadəcə bizim o anki əhvalımızdan və psixologiyamızdan asılı olur. Tutaq ki əhvalımız pisdirsə, əsəbiyiksə o an qarşımıza çıxan fikri, heç düşünmədən rədd edə bilirik. Məsələn deyək ki əsəbi halda ikən, internetdə qarşımıza belə bir informasiya çıxır; «filankəs, yaxşı aktyordur intəhası hələ ki Oskar ala bilməyib» İndi biz o andaki neqativ və mənfi əhvalla, stəkanın dolu deyil, boş tərəfinə baxmaq istəyirik: «Bu necə aktyordur ki bu neçə ildə hələ də Oskar ala bilməyib» deyirik… Daha bizi bu maraqlandırmır ki adam Oskar almayıbsa da neçə dəfə namizəd olub, həmçinin başqa mükafatlar alıb və ya lap elə «Oskar almayan pis aktyordur!» deyə bir qaydamı var, Oskarı verənlər də heç də həmişə düzgün seçim etməyə bilər axı… Bax, bu versiyalar, bu ehtimallar bizi düşündürmür. Elə dərhal işin olmazlarından yapışırıq, olarlarını bir kənara tullayırıq… Beləliklə nəticədə biz həm o infodan özümüz üçün çıxartdığımız səhv nəticəni öz zehnimizə ötürüb o məsələdə səhv mövqedə oluruq, həm də ən əsası öz zehin sistemimizə yanlış qida verməklə onu bulandırırıq, onun işinə, funksiyasına pozucu təsir göstəririk. Yəni qarşıdakı məsələ, qarşıdakı qərar, lap hansısa aktyorla bağlı deyil də, bizimçün daha önəmli, taleyüklü bir şeylə əlaqəlidirsə, onda bunun təbii ki daha böyük, daha ağır nəticələri ola bilir. Zehnimizə ötürdüyümüz səhv məlumatlardan da sonra başqa səhv məlumatlar ortaya çıxır və biz zəncirvari olaraq çoxlu və mühüm məsələlərdə yanılırıq və yanlış qərarlar vermiş oluruq, üstəlik də zehnimiz bunalır, korlanır, fəaliyyəti ilişir və bu da bizə stress, depressiya olara geri qayıdır və mənfi geribildirim vermiş olur. Odur ki beyinə, zehinə ötürülən informasiya çox mühümdür. Bu həm bizim hər hər hansı məsələdəki qərarımıza təsir edə bilir, həm də ümumilikdə psixoloji durumumuza, əhvalımıza etki edə bilər… Çalışaq ki hansısa bir düşüncəyə, hadisəyə, məlumata, hislərin təsiri ilə deyil, ağılla, düşüncə ilə yanaşaq… Və hansısa qərarımızın, hisslərimizə uyğun olması ilə ağla uyğun olmasının eyni şey olmadığının fərqində olaq. O anki durumumuz, o anki ruhiyyəmiz bizi yanılda bilər!
Bir sözlə, hisslər səhv edə bilər ağıl isə yox!....
Psixoloq Yunis Dürüst
Davamı →

Beyini qocaldan amillərə qarşı mübarizə

Beyin həssas orqanlardan biri olmaqla yanaşı, bədənimizdə ən çox oksigent istifadə edən və hər mərhələdə mükəmməl xüsusiyyətə malik olan orqandır.ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər. Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. 
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və mülicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir. Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.
Ardı →